Prezidentə 1 milyon rüşvət təklif edən Tovuzlu iş adamı çıxdı

img

01-10-2013 [10:40]



Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bir neçə gün əvvəl jurnalistlərin suallarını cavablandırarkən bəzi klub rəhbərlərindən rüşvət təklifi aldığını demişdi

R.Musayev ölkə kuboku üçün ona 1 milyon təklif olunduğunu desə də həmin şəxsin adını açıqlamamışdı. "Futbol+” qəzeti R.Musayevə 1 milyon dollar rüşvət təklif edən klub prezidentinin kimliyi ilə bağlı araşdırma aparıb. Qəzetin əldə etdiyi məlumata görə, həmin şəxs "Turan”nın keçmiş prezidenti, iş adamı Musa Süleymanov olub.

Rəhbərliyinin ilk dönəmində qərb klubu üçün az vəsait xərcləməyən Musa Süleymanov biznes adamı olduğundan futbola da biznes sahəsi kimi yanaşırdı. Onun fikrincə, hər sahədə olduğu kimi, futbolda da bütün titullara pulun gücünə sahib çıxmaq olar. Məlumatı verən şəxs onu da bildirib ki, M.Süleymanovun "Turan”a vəsait xərcləməkdə əsas məqsədi Tovuzdan Milli Məclisə deputat seçilmək olub. Lakin istəyinə çatmayan, futbolda heç bir xeyrinin olmadığını görən iş adamı "ziyanın yarısından da qayıtmaq xeyirdir” prinsipini əsas tutaraq postunu tərk etməyi lazım bilib.

Qəzet rüşvət məsələsində adı hallanan iş adamı ilə əlaqə saxlmağa cəhd etsə də buna nail ola bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA