Alman şirkətinin səhmlərini 15 milyarda hansı azərbaycanlı oliqarx - məmur alıb?

img

01-10-2013 [10:13]


Dünyanın ən məşhur avtomobil şirkətlərindən biri olan Almaniyanın «Opel» şirkəti bu yaxınlarda səhmlərinin böyük bir hissəsini satışa çıxarıb.

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki,  həmin səhmlərin 15 milyard avroluq hissəsini azərbaycanlı oliqarx-məmurlardan biri alıb.

Məlumatda deyilir ki, «Opel»in səhmlərinin 30 faizindən çoxuna sahib olmuş həmin şəxsin kimliyi açıqlanmır. Bilinən isə odur ki, sözügedən məmur bu şirkəti oğlunun adına sənədləşdirib. Həmin məmur oğlu isə Azərbaycanda böyük bizneslərdən birinə rəhbərlik edir.

Adın açıqlanmamasının səbəbi isə belə təqdim olunur ki, qarşı tərəf bunu istəmir. Üstəlik, həmin məmur adının hallanmaması üçün belə bir addım atıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA