AVRO-2020: "Bakı Olimpiya Stadionu A qrupundakı bütün qarşılaşmaları qəbul etməyə hazırdır"
14-04-2020 [11:47]
İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunun futbol üzrə Avropa çempionatının oyunlarından imtinası təqdirində, Bakı Olimpiya Stadionu (BOS) A qrupundakı bütün qarşılaşmaları qəbul etməyə hazırdır.
Bu barədə "Report"a BOS-un direktoru Cavid Qarayev məlumat verib. C.Qarayev infrastruktur baxımından arenanın oyunları qəbul etməyə tam hazırlıqlı olduğunu bildirib: "Bu məsələni ilk olaraq, AFFA ilə danışmalıdırlar. Matçları qəbul etmək üçün isə hər şey hazırdır".
Direktor belə olacağı halda, ardıcıl günlərdə oyunlarının keçirilməsinin BOS-un ot örtüyünə ziyan vurmayacağını vurğulayıb: "Heç bir ziyanı olmayacaq. Əksinə, faydasını görəcəyik və bu, bizim üçün təcrübə olacaq. Başa düşürük ki, hazırlıq işlərinin görülması çətin olacaq, amma biz arena, komanda və infrastruktur olaraq buna hazırıq".
BOS rəsmisi bəzi şəxslərin hələ də AVRO-2020-nin təxirə salınmasından xəbərdar olmadığını sözlərinə əlavə edib: "Bütün yazılarda AVRO-2020 qeyd olunur, belə olanda da camaat elə bilir ki, bu yay keçiriləcək. Loqosu və adı dəyişməyib, ona görə də səhv edirlər, məlumatı düzgün almırlar. Mütləq qeyd olunmalıdır ki, söhbət 2021-ci ildən gedir".
Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.
Qalan 10 təşkilatçı şəhər Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) olmalıdır. Koronavirus pandemiyasından ən çox əziyyət çəkdikləri üçün İtaliya və İspaniyanın Avropa çempionatının təşkilatçılığından imtina edəcəyi bildirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi