Dünyada koronavirusun ən çox yayıldığı ölkələrin adları məlum oldu - SİYAHI
14-04-2020 [10:17]
ABŞ-ın COVID-19-la bağlı hesablamalar aparan Con Hopkins Universiteti dünyanın ayrı-ayrı ölkələrində koronavirus pandemiyası ilə bağlı son statistikanı açıqlayıb.
Universitet xəbər verir ki, hazırda dünyada ümumilikdə 1 920 618 koronavirus xəstəsi var. Koronavirusun ilk dəfə aşkarlandığı ötən ilin dekabrından bu günə kimi ümumilikdə 119 687 nəfər bu virusdan dünyasını dəyişib.
Bəs COVID-19-un ayrı-ayrı ölkələr üzrə yayılması, insan itkiləri ilə bağlı vəziyyət necədir?
Hazırda koronavirusa ən çox yoluxma Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu ölkədə 582 607 COVD-19 infeksiyası daşıyıcısı var. ABŞ-da 23 628 nəfər pandemiyanın qurbanı olub. ABŞ hər iki göstərici üzrə dünyada birinci yerdədir.
Siyahıda ikinci yerdə 170 099 yoluxma halı ilə İspaniya qərarlaşıb. Bu ölkədə həkimlər 17 756 nəfəri virusun pəncəsindən xilas edə bilməyiblər.
İtaliyada da vəziyyət ürək açan deyil. COVID-19 infeksiyasına 159 516 yoluxmanın təsdiqləndiyi bu ölkədə 20 465 nəfər virusdan ölüb.
Siyahıda dördüncü yerdə qərarlaşan Fransada 137 877 nəfər virus daşıyıcısı hesab edilir. Bu ölkədə 14 986 nəfər pandemiyadan vəfat edib.
Almaniya həmin sırada 130 072 virus xəstəsi ilə beşinci yerdədir. Avropanın bu ölkəsində 3 194 nəfər COVID-19-dan dünyasını dəyişib.
Son bir neçə ayda 89 571 nəfərə virusa yoluxma diaqnozunun qoyulduğu Böyük Britaniya ölüm hallarının sayına görə Almaniyanı üstələyib - 11 347 itki.
Bir zamanlar koronavirus epidemiyasının episentri sayılan Çinin ümumilikdə 83 302 vətəndaşı virusa yoluxub, 3 345 nəfər ölüb.
Qeyd edək ki, virusa yoluxma hallarının ən çox olduğu ölkələrin siyahısında İranın (73 303 yoluxma, 4 585 ölüm), Türkiyənin (61 049 yoluxma və 1 296 ölüm), nisbətən aşağı göstəricilərlə Belçikanın, Niderlandın, İsveçin, Kanadanın, Braziliyanın, Rusiyanın, Portuqaliyanın və digər ölkələrin də adları var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi