Ramin Musayev: "Çempionatla bağlı 2 variantımız var"
13-04-2020 [16:42]
“Çempionatın bərpası yalnız respublikadakı vəziyyətdən asılıdır. Karantin rejimi ləğv olunandan sonra nə isə danışa bilərik. Bu gün söylədiklərimiz hamısı artıq sözlərdir”.
Mia.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev koronavirusa görə dayandırılan Azərbaycan Premyer Liqasının mümkün bərpası barədə danışarkən deyib.
O bildirib ki, çempionatla bağlı iki variant var: “Aprelin 20-də karantin rejimi götürülsə, yəqin ki, klubların hazırlığına 2-3 həftə vaxt verilər. Mayın ortasında başlasaq, çempionatı başa vurmağa vaxtımız çatar. Amma karantin müddəti uzadılsa, Premyer Liqanı vaxtından əvvəl dayandırmalı olacağıq. Hər şey yaxşı olsa, AFFA, Klublar Komitəsi, İcraiyyə Komitəsi ilə bütün məsələləri müzakirə edib ortaq razılığa gələcəyik”.
Avropa ölkələrində bəzi klublar karantin rejiminə baxmayaraq, məşqləri bərpa ediblər. PFL rəhbəri Azərbaycan klublarının hazırlığıa başlaya bilməməkərini belə əsaslandırıb: “Avropa klublarının şəxsi stadionları var. Bizdə isə Gənclər və İdman Nazirliyinin qərarı ilə bütün idman obyektləri bağlıdır. Futbolçular harada məşq etməlidirlər? Ümid edək ki, karantin rejimi aprelin 20-də başa çatsın. Müəyyən qərarlar qəbul edib, çempionatı başa vurmağa çalışacağıq. Bilək ki, çempionumuz, avrokuboklara gedənlərimiz kimlərdir”.
FIFA klubları ilə müqaviləsi iyunun sonunda başa çatan futbolçuların komandalarından ayrıla biləcəyini açıqlayıb. R.Musayev bu qərara da münasibət bildirib: “Futbolçu başqa komandaya keçə bilmirsə, necə olacaq? Havada qalacaq. Deməli, hazırkı klubunda qalıb oynasa, yaxşıdır. Hər şey klublarla futbolçuların arasındakı münasibətdən asılıdır. Klub rəhbərliyi oyunçularla səmimi münasibətdədirsə, yəqin ki, dil taparlar və müqaviləni uzadarlar. Futbolçular da insandırlar, bilirlər ki, bu, kiminsə günahına görə olmayıb”.
PFL prezidenti futbolçuların maaş məsələsində klublara güzəştə getməli olduğunu düşünür: “Mən özüm də klubda işləmişəm. Komandaların mövsümün əvvəlindən büdcələri təsdiqlənir. Məsələn, mənim 100 manat pulum var, 10 gün yemək yeməliyəm. Deməli, günə 10 manat pul xərclənməlidir. 15 gün yemək yeməli olsam, qənaət edib günə 7 manat xərcləyəcəyəm. Müqavilə uzadılarsa, klub əlavə büdcəni haradan tapmalıdır? Bunu da fubolçular fikirləşməlidirlər. Klubda ailə münasibətləri varsa, heç bir məsələdə problem olmaz”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında bir aylıq təxirəsalnmanın müddəti aprelin 14-də yekunlaşacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi