Alimlər koronavirusu zərərsizləşdirən 38 antikor müəyyən edib - DETALLAR

img

13-04-2020 [12:25]


Koreya Respublikasından olan tədqiqatçılar yeni növ koronavirusu zərərsizləşdirən 38 antikor təyin ediblər.

TASS xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən bu antikorların müsbət xüsusiyyətlərinin yoluxmuş insanların müalicəsində istifadə ediləcəyi bildirilib.

Qeyd olunub ki, araşdırmalar Milli Səhiyyə İnstitutunun və “Celltrion” əczaçılıq şirkətinin laboratoriyalarında aparılıb. Tədqiqatlar zamanı koronavirus xəstələrinin qanından virusu zərərsizləşdirə bilməklə yoluxmuş insanların müalicəsində istifadə olunan antikorlar ayırd edilib.

“Əldə edilən bütün nümunələr, xüsusən də onlardan 14-ü güclü neytrallaşdırma xüsusiyyətlərinə malikdir”, - Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən vurğulanıb.

Eyni zamanda yaxın zamanlarda aşkar edilmiş antikorların müsbət təsirini təsdiqləmək üçün bir sıra əlavə, o cümlədən laboratoriya heyvanları üzərində sınaqlar aparılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA