30-09-2013 [18:20]
Bu gün Daxili İşlər Nazirliyində "Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası"nın və "Cinayətkarlıqla mübarizədə bayır xidmətinin rolunun artırılması sahəsində görülən işlərin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DİN-dən verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, Nazirlik sistemində əməliyyat-xidməti fəaliyyətin təşkilində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Gündəlikdəki birinci məsələ ilə əlaqədar nazir müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev çıxış etmişdir. O demişdir ki, Azərbaycan Respublikasının Qanunlarının, ölkə Prezidentinin fərman və sərəncamlarının, aidiyyəti dövlət proqramlarının icra vəziyyətinin müzakirə edildiyi Kollegiya iclasından ötən dövr ərzində xeyli iş görülmüş, o cümlədən cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələr üzrə 32 informasiya sistemi yaradılaraq istifadəyə verilib.
«Açıq Hökumətin təşviqinə dair» Milli Fəaliyyət Planına uyğun olaraq, informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmiş, habelə Nazirliyin və onun struktur qurumlarının internet saytlarında xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaşların hüquqi maarifləndirilməsi üzrə görülmüş işlər, aidiyyəti qanunvericilik aktları, göstəriləcək elektron xidmətlər barədə məlumatlar yerləşdirilmişdir ki, onlar da vaxtaşırı yenilənir. Planın icrası çərçivəsində 2012-ci ildə və cari ilin 6 ayında Nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən 8.400, ərazi polis orqanlarının rəisləri tərəfindən 97.018 vətəndaş qəbul edilib. Ümumilikdə, 105 mindən çox ərizə və şikayət nəzarətə götürülərək ətraflı və operativ araşdırılmış, təşəbbüskarlara dolğun yazılı cavablar verilmiş, hüquqları izah olunmuşdur. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı ölkə başçısının tapşırıqları da gündəlik nəzarətdə olmuş, bu istiqamətdə bir sıra işlər görülmüş, qarşıda duran vəzifələri müəyyən edən müvafiq əmr və göstərişlər hazırlanıb icraya yönəldilib.
Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, bayır xidməti əməkdaşlarının ictimai asayişin etibarlı qorunmasında, beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində böyük rolu olmuşdur. İctimai yerlərdə hüquqpozmaların profilaktikası sahəsində həyata keçirilən tədbirlər çərçivəsində təkcə cari ilin 6 ayında post-patrul xidmətinin əməkdaşları tərəfindən 17 mindən çox şəxs, o cümlədən xırda xuliqanlığa görə 2130 nəfər polis orqanlarına gətirilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Həyata keçirilən bu və digər tədbirlər cinayətkarlıqla mübarizə işinə öz müsbət təsirini göstərmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ictimai yerlərdə qeydə alınmış cinayətlərin sayı 7,2 faiz azalıb.
Hər iki məruzə ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsan və çatışmazlıqlardan danışmış, onların qısa zamanda aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini verib.
O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası Nazirlik sistemində fəaliyyətin modernləşməsi, müasir tələblər səviyyəsinə yüksəlməsi ilə səciyyəvi olmuş, ictimai asayişin təmini və sosial funksiyaların maksimal səmərəli modelini yaratmağa imkan vermişdir. Nazirliyin hər bir struktur qurumunun və ərazi orqanı rəisinin möhtərəm dövlət başçısının fərman, sərəncam və tapşırıqlarının icrasına şəxsən cavabdehlik və bu işin təşkilinə görə məsuliyyət daşıdığını xatırladan cənab Ramil Usubov strateji əhəmiyyətli məsələləri əhatə edən bu işin ən yüksək səviyyədə icrasına təminat verən nəzarət sisteminin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Nazir əhali ilə bilavasitə təmasda olan, polis haqqında ictimai rəyin formalaşdırılmasında mühüm rola malik bayır xidməti əməkdaşlarının asayişin təmin edilməsində, cinayətlərin qarşısının alınmasında və açılmasında, axtarışda olan şəxslərin tutulmasında böyük əməyi olduğunu bir daha xatırladaraq ərazi polis orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını, araşdırmaların gedişinin ciddi nəzarətdə saxlanılmasını, onlarla hər zaman nəzakətli rəftar edilməsini, uçot-intizam qaydalarına ciddi riayət olunmasını, korrupsiya hüquqpozmalarına qarşı kəsərli tədbirlər görülməsini tələb edib.
Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, şəxsi heyət cinayətkarlığa qarşı qətiyyətli mübarizə, ictimai asayişin təmini sahəsində qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, ölkə iqtisadiyyatının dinamik inkişafının əsas şərtlərindən olan sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi