Qapı dəstəyi, maska, yoqurt, yaxud isti hava... - Koronavirusla bağlı maraqlı araşdırma
10-04-2020 [17:45]
Koronavirusun yayılması əsasən hava-damcı yolu ilə baş verməsinə baxmayaraq, virusun əşyalar üzərində qalıb-qalmaması, bunun nə qədər davam etməsi ilə bağlı araşdırmalar diqqət çəkir.
Bu barədə Almaniyanın “Die Zeit” nəşri yazıb.
Böyük Britaniyanın Milli Səhiyyə İnstitutu və Səhiyyə Nazirliyinin araşdırmaçıları koronavirusun səthlər üzərində hansı müddət ərzində qaldığını və insanlara necə təsir etdiyini araşdırıblar.
Belə ki, onlar eksperiment çərçivəsində daxilində koronavirus olan mayeni plastik kütlə, karton və metal üzərinə sürtüblər. Müşahidə nəticəsində məlum olub ki, koronavirusun qalıqları paslanmayan polad və plastik kütlə üzərində 3 gün qalır. Müəllifə görə, bu, prinsipial əhəmiyyət daşıyır, çünki bu materiallardan xəstəxanalarda mütəmadi istifadə olunur. Ancaq bununla belə, araşdırmanın gündəlik həyatda praktiki əhəmiyyəti məhduddur. Belə ki, əşyaların səthi üzərində qalan virusun insanın orqanizminə keçə bilməsi hələ ki dəqiq deyil.
Bundan başqa, müəllifə görə, SARS-CoV-2-nin insanı yoluxdurmağa yetəcək nə qədər dozada olması da az məlumdur.
Məqalədə vurğulanıb ki, bir neçə gün öncə çinli alimlər “Lancet” jurnalında kiçik araşdırma dərc ediblər. Britaniyadakı araşdırmaya bənzər keçirilən eksperimentdə çinli alimlər koronavirusun stabilliyini yenə plastik kütlə və polad, həmçinin əsginas və cərrah maskaları üzərində sınayıblar.
Araşdırmaçılar koronavirusun hansı temperatur və optimal laborator şəraitdə öz virulentliyini (yoluxma dərəcəsini) qoruduğunu tədqiq ediblər. Təbii şərait və 4 dərəcə istidə SARS-CoV-2-nin qalıqları 14 gün sonra da aşkarlanıb. 56 dərəcə istidə virus 30 dəqiqəyə, 70 dərəcədə isə 5 dəqiqəyə yox olub. Maraqlıdır ki, cərrah maskasının həm düz, həm də tərs tərəfində virus daha çox yaşayıb, nəinki şüşə və ya əsginasda.
“Ancaq bununla belə, bu araşdırma ətraf mühit vasitəsilə yoluxmanın real riskini göstərmir. Bunu müəyyənləşdirmək üçün COVID-19 daşıyıcısı xəstələrin evinə gedib tədqiq etmək lazımdır”, - virusoloq Yonas Şmidt-Hanazit bildirib.
Onun həmkarı Hendrik Strik bunu gerçəkləşdirmək üçün Almaniyada pandemiyanın episentrlərindən olan Haynsberq şəhərində xəstələrin olduğu yerlərdə sıx təmasda olduğu əşyalardan, xüsusilə qapı dəstəklərindən nümunələr götürüb. Lakin araşdırmaçı orada yoluxdurma gücünə sahib virus aşkarlamayıb.
“Mağazada az öncə birisinin üzərinə öskürdüyü yoqurta toxunub, ondan yoluxdurucu dozanı əldə edib və dərhal üzünüzə toxunaraq virusa yoluxma ehtimalınız çox azdır”, - araşdırmaçı Yonas Şmidt-Hanazit vurğulayıb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi