Prezidentdən tikinti ilə bağlı qanuna - Dəyişiklik

img

10-04-2020 [15:40]


Prezident İlham Əliyev“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, dəyişikliklə qanunun 2.2-ci maddəsində “7 il” sözləri “8 il” sözləri ilə əvəz edilib.

Belə ki, həmin maddədə Tikinti və Şəhərsalma Maddəsinin 11.1 maddəsinin ilk cümləsində nəzərdə tutulmuş müddəanın tələblərinin qüvvəyə minməsi daha bir il müddətinə təxirə salınır. Həmin cümlə belədir: “Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA