30-09-2013 [11:51]
Yelena Prakarenka 1974-cü ildə Daşkənddə anadan olub. Ailə üzvlərilə birlikdə Samara şəhərinə köçəndən sonra təhsilini Rusiyada davam etdirmək məcburiyyətində qalıb. Yelena xanım 1991-ci ildə Moskva Dövlət İncəsənət Universitetinə qəbul olub. Hazırda Rusiyanın STS telekanalında çalışır. Uzun müddət uşaq dünyasından bəhs edən populyar verilişlərdən birinin aparıcısı olub. Hazırda redaktor vəzifəsində çalışır.
Mia.az Reytinqinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın STS telekanalının redaktoru Yelena Prakarenka deyib. Onun sözlərinə görə, telejurnalist kimi fəaliyyət göstərməsində atasının müəyyən rolu olub. Uzun illər televiziyada çalışan atası Yelenada bu sahəyə maraq oyadıb: "Uşaq olanda atam məni tez-tez özü ilə iş yerinə aparırdı. Demək olar ki, hələ orta məktəbdə oxuyanda televiziyaya aid bütün sirləri öyrənə bilmişdim. Bəlkə də buna görədir ki, ilk gündən televiziya işi mənə çox asan gəldi. İndi redaktor kimi fəaliyyət göstərir, bilik və təcrübəmi gənc həmkarlarımla bölüşməyə çalışıram".
Y.Prakarenka hesab edir ki, hər bir telejurnalist məsuliyyətli olmalı və daim öz üzərində işləməlidir: "Əsas sual budur ki, tamaşaçı səni qəbul edəcəkmi? Verilişin məzmunu, qaldırılan problemlər aktual olmalıdır. Bir verilişin reytinqini uzun müddət qorumaq ağır zəhmət tələb edir. Hər bir aparıcı çalışır ki, öz verilişi baxımlı olsun. Bu isə teleməkanda rəqabət mühiti yaradır. Yəni, telejurnalist tamaşaçıların qəlbinə yol tapa bilməsə, onun verilişinə baxan olmayacaq. Mən ömrümün yarısını televiziya sahəsinə həsr etmişəm. Hava proqnozundan tutmuş uşaq verilişində, hətta xəbərlərdə aparıcı olmuşam. İndi həm də müəllim işləməyə üstünlük verirəm".
Müsahibimizin fikrincə, Rusiya kimi nəhəng ölkədə telejurnalist kimi fəaliyyət göstərməyin öz çətinliyi var. Bunun başlıca səbəbi dövlət və özəl telekanalların sayının çox olmasıdır: "Bizim telekanal 16 ilə yaxındır ki, fəaliyyət göstərir. Elə bilirəm ki, müəyyən auditoriya toplaya bilmişik. Rusiyada hər bir telejurnalist çəkdiyi zəhmətin qarşılığını alır. Bizim televiziyada orta aylıq əməkhaqqı 2000-2500 dollardır. Əlbəttə, bu məbləğ Rusiya üçün o qədər də böyük deyil. Amma aparıcı jurnalistlər ayda 3500-4000 dollar qazana bilirlər. Hər halda bizim televiziyada heç kim aldığı maaşdan narazı deyil".
Yelena xanım deyir ki, Rusiya telekanalları öz səviyyəsinə görə heç bir xarici TV-dən geri qalmır. Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən telekanalların əksəriyyəti müasir texnika ilə təchiz olunub: "Mən Amerikada da olmuşam. Orda da veriliş hazırlayanda bizimlə eyni texnologiyadan istifadə edirlər. Məni narahat edən başqa məqamdır. Son vaxtlar telejurnalistlər daha asan yolla xəbər əldə etməyə çalışırlar. Sosial şəbəkələrin inkişafı jurnalistlərin işini asanlaşdırıb. Gənclərin tənbəlliyi və mütaliəyə həvəs göstərməməsi məni çox narahat edir. Nitq qabiliyyətini inkişaf etdirmək üçün kitab oxumaq lazımdır. Hətta vəziyyət o həddə çatıb ki, jurnalistləri şirnikləndirici vədlərlə xəbər arxasınca göndəririk".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi