Dəmiryolu Xəstəxanasında 23 yaşlı ana doğuşda oldü - yenilənib

img

30-09-2013 [10:52]



Dəmiryolu Xəstəxanasının baş həkimi Laçın İmanov ana ölümü ilə bağlı ANS PRESS-ə açıqlama verib. Baş həkim açıqlamasında doğuş zamanı dünyasını dəyişən ananın qanaxmadan öldüyünü bildirib: "Oktyabrın 28-i, saat 04:00 radələrində 23 yaşlı Həlimə Akif qızı Əzimova qəbul olunub. Saat 04:30 radələrində doğum başlayıb. Doğuş çox ağır keçib. Doğum zamanı çox nadir rast gəlinən DVS patologiyası, yəni qan laxtalanmaması olub. Yəni atonik qanaxma baş verib". 

Həkimin sözlərinə görə, doğuşu Nigar Abdullayeva və Tamilla Bağırova qəbul edib. Vəziyyəti pisləşən səstəyə qan köçürülüb, süni nəfəs verilib. "Bir sözlə həkim briqadası əlindən gələni edib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

Baş həkim onu da bildirib ki, ananın dünyaya gətirdiyi körpənin çəkisi 4 kiloqram olub. Dünyaya gələn oğlan uşağının vəziyyəti yaxşıdır.

***

 Bakıda daha bir ana doğuş zamanı dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, sentyabrın 28-də 23 yaşlı Həlimə Əzimova Dəmiryolu Xəstəxanasında doğum şöbəsinə qəbul olunub. Məsələyə aydınlıq gətirmək üçün Dəmiryolu xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanın doğum şöbəsindən ANS PRESS-ə verilən əmlumata görə, hadisə 28 oktyabrda səhər saatlarında baş verib. Doğuş zamanı ana ölsə də, onun dünyaya gətirdiyi oğlan uşağının həyatı üçün təhlükə yoxdur. 

Doğum şöbəsindən ananın ölümü ilə bağlı ətraflı məlumatı yalnız xəstəxanın baş həkimi Laçın İmanovun cavab verə biləcəyini dedilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA