NATO Bakıda təlim təşkil edir - açıqlama

img

30-09-2013 [10:37]


Oktyabrın 1-dən 4-dək Bakıda "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçiriləcək. Təlim kursu NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edəcək.

Mia.az Trend-ə istinadən xəbər verir ki, bundan əlavə, Azərbaycan hərbçiləri oktyabr ayı ərzində NATO-nun bir sıra tədbirlərində iştirak edəcəklər. Azərbaycan hərbçilərindən ibarət qrup oktyabrın 2-3-də Qazaxıstanda, Almatı şəhərində keçiriləcək "Əməliyyat imkanları konsepsiyası/qiymətləndirmə və rəy proqramı" üzrə illik konfransında iştirak edəcək.

Zabirlərimiz 07-11 oktyabr tarixlərində Almaniyanın Oberamerqau şəhərində keçiriləcək "NATO qərargah zabitləri üçün tanışlıq" kursuna, eyni tarixdə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək "Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq" kursuna, oktyabrın 8-dən 17-dək Polşanın paytaxtı Varşavada "NATO daxilində standartlaşdırma" kursu, oktyabrın 14-dən 18-dək isə İsveçrənin Cenevrə şəhərində keçiriləcək "Hərbi-mülki əməkdaşlıq / döyüş sursatının təhlükəsizliyi və ehtiyatların idarəolunması" kursuna da qatılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA