İSTİ HAVA VİRUSU MƏHV EDƏ BİLƏRMİ? - İngils alimlərindən fərqli açıqlamalar
07-04-2020 [13:44]
Alimlər isti havanın koronavirusla mübarizədə nə dərəcədə önəmli olduğunu araşdırıblar.
Bunu Böyük Britaniyanın “The Guardian” nəşri yazıb.
Araşdırmaların nəticələrinə həsr olunan məqalədə qeyd olunub ki, yaxın vaxtlarda isti günlər başlayacaq və, proqnozlara əsasən, bəzi bölgələrdə istilik 20 dərəcəyədək yüksələcək. Bildirilib ki, isti hava ümumi karantinin tətbiq edildiyi Böyük Britaniyaya nəfəsini dərməyə imkan yaradacaq, vəziyyəti nəzarət almaq istəyən hökumətin işini isə çətinləşdirəcək.
Alimlərə görə, yazın gəlişinin koronavirusun isti havaya necə reaksiya verəcəyini bilmək üçün onun xüsusiyyətlərinin araşdırılmasında yardımçı ola bilər. Epidemiyalar adətən baharın gəlişi ilə bitirlər.
Günəş işığı koronavirus və onun yayılmasına eyni cür təsir edə bilərmi?
Bu, çox vacib sualdır və epidemioloqlar istənilən dəyişikliyi diqqətlə izləyəcəklər.
Koronavirusların, yəni Böyük Britaniya sakinlərinin tez-tez soyuqlamasına səbəb olan virus növlərinin ilkin araşdırması onların mövsümi xarakter daşıdığını göstərir: xəstələnmələrin pik nöqtəsi qışa düşür, yazda isə onlar yoxa çıxırlar. Maraqlıdır ki, bu piklər çox vaxt qrip alovlanmaları ilə üst-üstə düşür. Bunun əksinə olaraq, yayda koronavirus, demək olar, ötürülmür.
Ötən həftə London Universitet Kollecinin alimləri HCoV-NL63, HCoV-OC43 və HCoV-229E kimi koronavirusun tez-tez görülən növlərinə həsr olunan mühüm araşdırmanın nəticələrini dərc ediblər. Bir neçə il öncə götürülmüş nümunələri təhlil edən alimlər xəstələnmələrin yüksək səviyyəsinin fevral ayına təsadüf etdiyini qeyd ediblər. Yayda isə bu səviyyə çox aşağı olur. Digər tədqiqatlar mülayim iqlim şəraitində koronavirus infeksiyalarının alovlanmasının mövsümi xarakter daşıdığını təsdiq edir.
Lakin araşdırmanın aparıcı müəllifi Rob Oldric xəbərdarlıq edib: “Biz koronavirusun yavaş templə də olsa, yayda da ötürüldüyünü müəyyənləşdirdik, ancaq qışda xüsusi həssas insanların sayı yetərincə olsa, həmin vaxtadək bu templər yenidən arta bilər. Üz-üzə olduğumuz virusun yeni olduğunu nəzərə alsaq, onun mövsümi xarakter daşıdığını bilmirik, üstəlik, xüsusi həssaslığa malik əhalini də nəzərə alaraq yayda azalacağı məlum deyil. Bu səbəbdən indidən hərəkət etmək və bütün tibbi tövsiyələrə riayət etmək çox vacibdir”.
Bu nöqteyi-nəzəri COVID-19-un yeni infeksiya törədicisi və insanlardan ona qarşı immunitetin formalaşmasına hələ imkanın olmadığını bildirən digər alimlər də dəstəkləyir. Bu baxımdan yayın gələcəyinə baxmayaraq, virusun indiki sürətlə yayılmağa davam edəcəyinin ehtimalı böyükdür.
“Mən əminəm ki, virusun davranışındakı mövsümi dəyişikliklər onun yayılma xarakterində müyyən rol oynayacaq. Ancaq indi riayət etdiyimiz sosial məsafə effekti ilə müqayisədə mövsümi faktorların təsiri çox əhəmiyyətsiz olacaq. Mövsümün dəyişməsi müəyyən formada təsir edə bilər, ancaq onu özünütəcridin alternativi olaraq gözdən keçirmək olmaz”, - London İmperial Kollecinin virusoloqu Maykl Skinner açıqlayıb.
Bu məsələdə Redinq Universitetinin əməkdaşı Ben Nyumanın mövqeyi daha qətidir: “Bu virus Çində yetərincə soyuq ortamda əmələ gəlib və o, həm İslandiya, həm də ekvatorda, yəni Braziliya və Ekvadorda eyni sürətlə yayılır. Qışın yerinə yaz gələndə onun yayılma sürəti bütün dünya üzrə artdı. Bu, “Dünyaların müharibəsi” deyil və bizdə buludlarda əmələ gəlib və hər şey qaydasına sala biləcək deus ex machina (“maşından tanrı”) yoxdur. Biz bu virusla özümüz mübarizə aparmalıyıq”.
Bununla belə, baharın gəlişi yalnız virusun davranışına təsir etmir. Başqa araşdırmaçıların fikrincə, bu, həm də insanların immun sistemində dəyişikliklərə gətirib çıxarır.
“Bizim immun sistemimizdə sutkalıq ritmlər var, ancaq alimlər onun durumunun mövsümdən-mövsümə necə dəyişdiyini tam incələməyiblər”, - deyə Surreya Universitetinin immunoloqu Natali Riddell söyləyib.
Bunu aydınlaşdırmaq üçün Riddel və Surreya ilə Kolumbiya Universitetlərinin tədqiqatçıları insanların immunitetinin sutkanın müxtəlif vaxtı və ilin müxtəlif fəsillərində keçən dəyişiklikləri incələyirlər. Alimlər qış və yay, həmçinin payız və yaz gündönümlərində könüllülərdən nümunə alıblar. İlkin nəticələr bizim immun sistemimizdə mühüm rol oynayan ağ qan hüceyrələrinin konsentrasiyasının sutkanın müəyyən vaxtlarında yüksəldiyini göstərib. Bu immunitetimizin sutkanın müxtəlif vaxtlarında dürlü reaksiya verdiyinə işarə edir. Misal üçün, antikor yaradan B-limfositlərin konsentrasiyası gecə yüksəlir.
Bununla belə, Kolumbiya Universitetindəki tədqiqatın rəhbəri Mikaela Martines qeyd edib ki, müxtəlif fəsillərin hüceyrələrin ritmlərinə təsiri hələlik araşdırılma mərhələsindədir. Onun sözlərinə görə, bu araşdırmanın nəticələri çox böyük önəm daşıyacaq: “Orqanizmimizdəki hansı zəif nöqtələrin bizi xəstəlik və viruslara qarşı həssas etdiyini bilsək, infeksiyaları aradan qaldırmağa yardımçı olan vaksin kampaniyalarımızı planlaşdıra bilərik”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi