Musa Qasımlı: "Dövlət başçımızın söylədiyi nitq böyük əhəmiyyət daşıyır"
06-04-2020 [23:52]
“Koronovirus pandemiyasının dünyada yaratdığı ağır şəraitdən az itki ilə çıxmaqdan ötrü cənab Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlət və hökumət qurumlarımızın həyata keçirdiyi önləyici tədbirlər, fövqəladə hallarda yorulmaq bilmədən bacarıqla işləmələri rəğbət doğurur. Belə bir vəziyyətdə cənab Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri və dövlət başçımızın söylədiyi nitq böyük əhəmiyyət daşıyır".
Bu sözləri Mia.az-a açıqlamasında deputat Musa Qasımlı deyib.
O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maska qıtlığı mövcuddur:
"İstehsalçı ölkələrin tibbi maska ixracı ilə yanaşı, istehsal avadanlığının və xammalın ixracını da dayandırmaları müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, millətimizin sağlamlığının etibarlı təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşan dövlət başçısımızın tapşırığına uyğun olaraq aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalının Azərbaycana gətirilməsinə nail olub.
Fikrimcə, bu açılışa sadəcə yeni bir müəssisənin qurulması kimi qiymət vermək məhdud yanaşma olardı. Hər şeydən əvvəl, müəssisənin açılışı bir daha göstərdi ki, cənab Prezidentimizin siyasətinin başlıca məqsədi yaranmış şəraitdə millətimizin və dövlətimizin qorunması, insanlarımızın bu xəstəliyə yoluxmasının qarşısının alınması, sağlamlığının etibarlı təmin edilməsidir. Məhz operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun önləyici addımların atılması öz səmərəsini verdi. Çevik idarəçilik və dövlətimizin sahibkarlara dəstəyi nəticəsində ölkəmizin maska ilə təchizat sarıdan idxaldan asılılığına son qoyuldu və yerli istehsala keçildi. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edən müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Həm də nəzərdən qaçırmayaq ki, bu iş iki həftə ərzində görülüb. İkincisi, qısa müddətdə ölkəmizdə dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Üçüncüsü, müəssisənin açılışı ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricilərindən biridir. Dördüncüsü, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bütün bunlar yeni iş yerlərinin açılması deməkdir. Nəhayət, koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərsə də, cənab Prezidentimizin öz nitqində dediyi kimi, ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, həm də məşğulluqla bağlı problemlər öz həllini tapsın. Nitqində dövlət başçımızın sahibkarlara iş yerlərini ixtisar etməmələrinə dair çağırışı və tələbi hamının ürəyindəndir.
Göründüyü kimi, dövlət və hökumət orqanlarımız özlərindən asılı olan bütün zəruri tədbirləri həyata keçirirlər. Belə şəraitdə vətəndaşlarımız məsuliyyətli, nizam-intizamlı olmalı, Nazirər Kabineti yanında Operativ Qərargahın bütün təlimatlarına tam riayət etməlidirlər ki, xəstəlik geniş vüsət almasın, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Biz birlikdə güclüyük”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi