30-09-2013 [09:34]
Sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə saat 10.30-da başlamalı olan məhkəmə prosesin hazırlıq iclası ilə bağlı müəmmalı vəziyyət yaranıb. Açıqlanmayan səbəblərə görə, təyin olunmuş vaxtdan 1 saat ötməsinə rəğmən, prosesə hələ də start verilməyib.
Mia.az-ın xəbərinə görə, məhkəmədən bununla bağlı bir-birinə zidd fikirlər açıqlanır. Ya məhkəmənin təxirə salındığı, ya da yaxın saatlarda keşiriləcəyi də deyilir. Əlavə məlumatlari bizdən izləyin!
Son məlumata görə,hazırlıq iclasının vaxtı dəyişdirilərək oktyabrın 21-nə təxirə salınıb.
***
Bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işinə baxılacaq. Saat 10.30-da başlayacaq proses üzrə hazırlıq iclası keçiriləcək. Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Ekspertlər hesab edir ki, hüquqi baxımdan G.Əhmədovanın məhkəməsinin qapalı keçirilməsi yolverilməzdir.
Hüquqşünas Müzəffər Baxış "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, CPM-in 199 və 200-cü maddələrində bu məsələlər öz həllini tapıb: "Həmin maddələrin müddəalarına görə, dövlət sirri, kommersiya, ailə və şəxsi sirlə bağlı məsələlərlə bağlı məhkəmə iclasının qapalı keçirilməsi ilə əlaqədar məhkəmənin hazırlıq iclasında qərar qəbul edilə bilər. Yetkinlik yaşına çatmayanların işləri ilə bağlı zərurət yaranarsa, CPM-in maddələrinə görə, prosesin qapalı keçirilməsi ilə bağlı qərar verilə bilər. Yaxud məhkəmənin ayrı-ayrı iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar verilə bilər. Məsələn, hansısa iclasda dövlət sirrinin yayılması ilə bağlı məsələ olarsa, həmin prosesin qapalı keçirilməsi ilə bağlı qərar verilməsi mümkündür”.
Əldə etdiyimiz məlumata görə, G.Əhmədovanın tələbi və hakimiyyətin də razılığı ilə prosesin maksimum qapalı keçirilməsinə çalışacaqlar. Belə ki, sabiq deputat bütün proseslərdə şəxsən iştirak edəcək. Amma jurnalistlərin zala buraxılmaması üçün ciddi səylər olacaq.
Prosesdə G.Əhmədovanı bir vəkil - Əfsər Talıbov müdafiə edəcək. Sabiq deputat digər vəkilləri Eldar Qədimi və Raqif Mustafayevlə yollarını ayırıb.
İlkin məhkəmədən isə qeyri-adi nələrsə gözləməyə dəymir. Çünki hazırlıq iclasında bir qayda olaraq növbəti məhkəmənin vaxtı müəyyənləşdirilir. Ən yaxşı halda vəkili G.Əhmədovanın həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldıra bilər. Bunun xaricində heç nə gözlənilmir.
Bundan başqa, media nümayəndələrinin G.Əhmədovanın ailə üzvləri ilə danışmaq imkanları da yaranacaq. Onlar bu işlə bağlı son aylar çox xəsisliklə danışırlar.
Hər nə qədər G.Əhmədova ABU-nun sabiq rektoru Elşad Abdullayevdən dələduzluq yolu ilə 1 milyon ABŞ dolları almaqda ittiham edilsə də, bu iş üzrə sabiq rektor zərərçəkən kimi tanınmayıb. Ona görə də onun nümayəndəsinə nə istintaq materialları ilə tanışlığa imkan verilir, nə də məhkəmədə hüquqi tərəf kimi iştirakına.
musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi