Azərbaycanda olmayan İlham Rəhimov AAK-da vəzifə aldı

img

28-09-2013 [17:24]


Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) növbəti iclası olub. AAK-nın Rəyasət Heyətinin iclasında komissiyada fəaliyyət göstərən Ekspert Şuralarının strukturuna və onların tərkibinə baxılıb. Hüquq və İqtisadiyyat məsələləri üzrə Ekspert Şurası ləğv olunub. Hüquq məsələləri üzrə Ekspert Şurası müstəqil status alıb.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, tanınmış hüquqşünas alim, hüquq elmləri doktoru, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, professor İlham Rəhimov AAK-ın Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olunub. Ekspert Şurasının yeni tərkibi təsdiq olunub. 

Xəbəri dəqiqləşdirmək üçün İlham Rəhimovun özü ilə əlaqə saxlamaq istəsək də öyrəndik ki, amma məlum oldu ki, o,  hazırda Azərbaycanda deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA