28-09-2013 [16:19]
17.20. Prezidentliyə namizəd Cəmil Həsənli mitinqə toplaşanları Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun adından salamlayıb.
Cəmil Həsənli bildirib ki, xalqı, dövləti düşdüyü bu acınacaqlı durumdan buraya toplaşmış fədakar insanlar xilas edəcəklər.Sevgili millət, uca xalqı. Sizlər təxminən 100 il qabaq dağınıq bir ərazidən vətən, dağınıq toplumdan millət yaradan babaların varislərisiniz, eşq olsun sizə.Böyük iftixar hissi ilə Milli Şura ideyasının müəllifi, böyük ziyalımız Rüstəm İbrahimbəyovun salamlarını sizə çatdırıram.100 il qabaq mütəfəkkürlərimiz deyirdi ki, bizdə kişi çoxdur, amma vətəndaş yoxdur. Bu gün bura görün nə qədər vətəndaş yığılıb.Ar olsun onlara ki, bu vətənlə işğal edilmiş ərazi, xalqla əsir kimi davranırlar. Bu vətəni, xaqlı belə səfalətə salanlar qəhr olmalıdır. Başqa yol yoxdur.
Daha sonra Cəmil Həsənli birgə yola çıxdıqlarını, hədəflərinin bəlli olduğunu, yollarının haqq yolu olduğunu bildirib: "Yığdığınız bəsdir. Bəsdi bu xalqın sərvətini taladınız. Millətin balaları Virciniya, Panamanın harada olduğunu bilmir. Sizlər öz kiçik övladlarınız üçün Dubaydan Virciniyaya qədər villalar almısız. Bunları Allah götürməyəcək. Bizdən platfoma istəyən xalqımız - ədalətli cəmiyyət və ləyaqətli həyatdır bizim platformamız.
Ey uca millət, ey əziz xalq. Ey, Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqlar, can qardaşlarımız, qan qardaşlarımız. Birlikdə yola çıxmışıq, bu rəzalətdən birlikdə qurtarmalıyıq.
Millət doğumundan ölümünə qədər rüşvətə məhkum ediilib. Bu milləti buna məhkum edənlərə ar olsun.
Mən bunların qarşısına faktlar qoyuram ki, 48 milyardı bu ölkədən oğurlamısız, Azərbaycandan oğurladıqlarınızı Malaziyadan Panamaya qədər səpələmisiniz. İnsan nə qədər sərvət hərisi olar. Bunların mədəsi ilə beüyni arasında rabitə itib. Bəsdir. Bu millətdən oğurladıqlarınız bəsdir. Millətə gün ağlamağın vaxtı çatıb.
Böyük şairimiz Bəxtiyar Vahabzadə vaxtilə bu vəziyyəti görüb yazırdı:
Tamahın sonu yox, dağıdın, tökün
Hələ yerinizdə cağbacağsınız
Göydən Allah baxır, gələcək bir gün
Yediyiniz qədər qusacaqsınız.
Ədalət olmadan, zülmün kökü kəsilmədən, bu millətə azadlıq vermədən heç bir inkişafa nail olmaq mümkün deyil.
Millət qəddini düzəltməlidir. Tapdalanmış xalq heç nəyə nail ola bilməz.
17.10. AXCP sədri Əli Kərimli öz çıxışında bildirib ki, Azərbaycan xalqı oğru ilə doğru arasındakı fərqi biləcək qədər müdrikdir. Daha sonra xalqa çağırış edərək, onu, xüsusilə də gəncləri Cəmin Həsənliyə dəstək olmağa dəvət edib: "Neçə illərdir hakimiyyət televiziyalardan sizi çaşdırmaq, sizə yalanlar sırımaq istəyir. Amma siz bütün bu təbliğatın qarşısında cəmi bir neçə çıxışla Cəmil Həsənlini tanıdınız, ona dəstək oldunuz.
Göstərdiniz ki, xalqımız haqqla nahaqqı, oğru ilə doğrunu fərqləndirməyi bacarır.
Mən Xalq Hərəkatının iştirakçılarına müraciət edirəm. Bizlər Azərbaycanı dünyada ilin xalqı etdik. Amma sonrakı repressiya illərində çətinliklər yaşadıq, mühasirədə oldan ordu kimi, hakimiyyətlə mübarizədə kömək gözləyirdik. Biz gəncliyimizdən kömək gözləyirdik və artıq o kömək gəlib".
16.57. NİDA hərəkatının liderlərindən olan Ülvi Həsənli çıxış etdi. O, NİDA hərəkatının Cəmil Həsənliyə dəstəyini ifadə etdi. Ülvi Həsənli Milli Şuranın namizədi Cəmil Həsənlinin platforması ilə bağlı çox suallar verildiyini deyərək, platformadan bir sıra müddəaları oxudu.
16.50. ReAL hərəkatının liderlərindən olan Erkin Qədirli öz çıxışı zamanı Cəmil Həsənlinin layiqli alim, gözəl müəllim olduğunu, bu səbəbdən opponentlik etməyi yaxşı bacardığını qeyd edib və seçiciləri ona səs verməyə çağırıb.
16.40. Söz Müsavat başqanı İsa Qəmbərə verilib. İsa Qəmbər deyib ki, təbiətdə ağ və qara rənglər olduğu kimi, Azərbaycan siyasətində də ağ və qara qüvvələr var: "Prezidentliyə namizədlərin bir çoxu məhz qara qüvvələrdir”.
16.25. Bu dəqiqələrdə Cəmil Həsənli İsa Qəmbərlə Əli Kərimlinin müşaiyyəti iə musiqi sədaları altında meydana daxil olur. Qeyd edək ki, Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimlinin mərhum Əbülfəz Elçiubəyin sevdiyi "Bəy havası” ilə qarşılanıblar.
16.20. Mitinq başlayıb. Aksiyanı Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı aparır.
Arif Hacılı deyib: "Bizə yalniz 21 gun təbliğat imkanı yaradılıb. Buna baxmayaraq, bu məhdud imkanlarla Cəmil Həsənlinin platforması ilə hamı tanış olur, onu dəstəkləyirik. Oktyabrin 9-da hər kəs ona səs verəcək. Bu gun AXCP, Müsavat, VHP, ACP, El, gənclər təşkilatları Cəmil Həsənlini müdafiə edir. Hakimiyyət bizə insanlarla geniş təmas imkanı vermir. Görüş üçün kiçik meydanlar verir. Biz bütün təzyiqlərə baxmayaraq, mübarizəmizi davam etdiririk və qələbəyədək davam etdirəcəyik".
***
Gənc fəallar mitinqdə qaldırılacaq şüarları əvvəlcədən yerbəyer ediblər və liderlərin gəlişini gözləyiblər.
Mitinq dövlət himninin oxunması ilə açıq elna olundu.

















/p
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi