Gültəkin Hacıbəyli Səməd Seyidovun yazısına cavab verdi

img

28-09-2013 [16:16]


YAP-çı deputat, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçmiş həmkarı Gültəkin Hacıbəyli haqqında məqalə yazıb. YAP-çı deputat əsasən Gültəkin Hacıbəylinin Milli Məclisin və AŞPA nümayəndə heyətinin üzvü olduğu dövr üzərində fokuslaşıb və onu mənfi xasiyyətə malik biri kimi təqdim etməyə çalışıb. 

"Azadlıq” qəzeti bu yazıya Gültəkin Hacıbəylinin mövqeyini öyrənib. Keçmiş millət vəkilinin cavabı qısa olub: "Görün hakimiyyətin vəziyyəti nə qədər gərgindir ki, öz ağır artilleriyalarını qadın qeybətləri səviyyəsinədək xırdalamağa məcbur olur. Mən Səməd Seyidovun yazısına heç bir qiymət verməyəcəyəm. Bu səviyyəsiz yazının altına imza atmaqla Səməd Seyidov özü-özünə qiymət verib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA