27-09-2013 [18:52]
"Hazırda istintaq davam etdirildiyindən əlavə məlumatın verilməsi hələlik mümkün deyil. Lakin istintaqın tam, hərtərəfli və obyektiv gedişinə mane olmaq istəyən, bu məsələdən özlərinin müəyyən ambisiyaları və maraqları üçün istifadə etməyə çalışan bəzi qüvvələr, həmçinin dırnaqarası "təhqiqatçı-müstəqil” cızmaqaraçılar vardır ki, ictimaiyyətdə yanlış fikir formalaşdırmaq üçün canfəşanlıq edirlər”.
Bunu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bəzi KİV-də "Bizim yol” qəzetinin əməkdaşı və "Moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin həbsinə dair yayılan məlumatlarla əlaqədar APA-nın sorğusuna cavab olaraq bildirib: "Bir daha bunları diqqətə çatdırmağı vacib hesab edirəm. Sentyabrın 20-də Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin rəsmi məlumatı yayımlandı. Həmin məlumatda qeyd olunub ki, Milli Təhlükəsizlik Nazirliyinə daxil olan məlumatlar əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının İrandan Azərbaycan ərazisinə qaçaq yolla gətirilməsinin qarşısı alınıb. 2013-cü il sentyabrın 17-də bu qanunazidd əməlin törədilməsinə görə Azərbaycan vətəndaşları - Gəncə şəhəri, Nizami rayonundakı Kəlbəcər qərargahında müvəqqəti qeydiyyatda olan, faktiki olaraq Bakının Binəqədi rayonunda yaşayan Həşimov Pərviz Kamran oğlu və Gəncə şəhəri, Nizami rayonunda qeydiyyatda olan, faktiki olaraq Bakının Nəsimi rayonunda yaşayan Qurbanov Təvəkkül Zəkəriyyə oğlu şübhəli şəxs qismində tutulublar. Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanıb. Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov ilə Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilən razılığa əsasən, Rza həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə edib. Rzanın tapşırığı ilə Hüseyn adlı digər İran vətəndaşı da odlu silahları və döyüş sursatını sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseynə adlı iranlıya verib, qalan 3 min dolları isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürüb. Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi «Volkswagen Caddy» markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirib. 2013-cü il sentyabrın 17-də həyata keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu həmin avtomobil saxlanılıb. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hal şahidlərinin, eləcə də Pərviz Həşimovun və Təvəkkül Qurbanovun iştirakları ilə keçirilən baxış zamanı avtomaşının salonunda 6 ədəd «Makarov» tipli tapança, «Makarov» tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək götürülüb. Həmçinin, Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min dollardan 2 min 800-ü də aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda istintaq davam edir. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Arif Babayev bəzi mətbuat orqanları və qeyri-hökumət təşkilatlarının Pərviz Həşimlinin həbsini onun jurnalist fəaliyyəti ilə əlaqələndirmələrinə də münasibət bildirib: "Bu məsələnin qeyri-obyektiv prizmadan təqdim olunmasında müəyyən qüvvələrin öz məqsədləri var. Həmin qüvvələr bu cinayət işi barədə bilərəkdən yanlış rəy formalaşdırmağa, məsələyə öz istədikləri çaları verməyə çalışırlar. Pərviz Həşimov və Təvəkkül Qurbanov xeyli sayda odlu silah və döyüş sursatının İrandan Azərbaycana qaçaq yolla gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə başlanan cinayət təqibi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Pərviz Həşimovun məsuliyyətə cəlb edilməsi ilə onun jurnalist fəaliyyəti arasında heç bir əlaqə yoxdur. Ümumiyyətlə, milli təhlükəsizlik orqanları heç bir halda kimisə onun nə siyasi baxışlarına, nə əqidəsinə, nə də jurnalist fəaliyyətinə görə məsuliyyətə cəlb etmir. Bununla bağlı bir fakt belə yoxdur. Pərviz Həşimov və Təvəkkül Qurbanovun işində konkret cinayət faktı mövcuddur və bu fakt üzrə də cinayət işi başlanılıb. Ona görə də Pərviz Həşimovun həbsinin onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğu barədə qəsdən yayımlanan fikirlərin hamısı əsassızdır və həqiqətə söykənmir. Cinayət işinin MTN İstintaq Baş İdarəsində başlanılmasına və istintaqının aparılmasına gəlincə, mən bəzi dırnaqarası "tanınmış hüquqşünaslar”a qüvvədə olan Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyini bir daha diqqətlə nəzərdən keçirmələrini tövsiyə edərdim”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi