27-09-2013 [18:26]
"Müstəqil Dövlətlər Birliyindən olan Müşahidəçilər Missiyası (sonrakı mətndə - Missiya) Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinə (sonrakı mətndə - seçkilər) hazırlığın və seçkilərin keçirilməsinin monitorinqini həyata keçirir.
Missiyanın fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qurulur və seçkilərin təşkili və keçirilməsi, seçki prosesinin gedişinə və dövlətin daxili işlərinə qarışmamaq sahəsində beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə və normalarına əsaslanır. Missiyanın vəzifəsi azad və demokratik seçkilər keçirilməsinə kömək etməkdir.
Missiyanın və onun Qərargahının rəhbərliyi seçki kampaniyasının gedişini Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev, baş nazirin müavini Ə.Həsənov, daxili işlər naziri R.Usubov, Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovla, Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə müzakirə etmişlər. Görüşlərdə Missiyanın rəhbərliyinə məlumat verilib ki, respublikada ədalətli və açıq seçkilər keçirilməsi üçün zəruri şərait yaradılıb.
Seçkilər Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə (sonrakı mətndə - Məcəllə) uyğun olaraq keçirilir.
Missiyanın Qərargahı Demokratiyanın, Parlamentarizmin İnkişafının və MDB Parlamentlərarası Assambleyasının İştirakçısı olan Dövlətlərin Vətəndaşlarının Seçki Hüquqlarına Riayət Edilməsinin Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertləri ilə birlikdə Azərbaycan Respublikasının seçki qanunvericiliyini təhlil edib.
Seçkilərin keçirilməsini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK), 125 dairə seçki komissiyası və 5300-dən çox məntəqə seçki komissiyası təmin edir.
Vətəndaşların seçki prosesinə etimad səviyyəsinin artırılması, səsvermə və səslərin hesablanması prosedurunun maksimum açıq və aşkar olması üçün, habelə pozuntu və saxtalaşdırma hallarının qarşısını almaq məqsədi ilə səsvermə otaqlarında 1000 veb-kamera quraşdırılıb. Bu, əvvəlki prezident seçkilərində olduğundan iki dəfə çoxdur.
Uzunmüddətli müşahidəçilər seçki kampaniyasının monitorinqi çərçivəsində Naxçıvan Muxtar Respublikasındakı 7 dairə seçki komissiyasının hər birində və bir sıra məntəqə seçki komissiyalarında, habelə Bakı, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Astara, Lerik, Xaçmaz və Şəmkir rayonlarının dairə və məntəqə seçki komissiyalarında olublar.
Müşahidəçilər qeyd edirlər ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi və üzvləri ünsiyyət üçün açıqdırlar, onlar keçirilən seçkiqabağı tədbirlər haqqında zəruri informasiyanı təqdim edirlər.
Müşahidəçilər yəqin etmişlər ki, seçki məntəqələrinin seçkilər haqqında qanunvericilik aktları ilə, zəruri metodik tövsiyələr, təlimatlar, informasiya materialları ilə, habelə müvafiq avadanlıqla, o cümlədən şəffaf səsvermə qutuları və texnika ilə təmin edilməsi üzrə iş başa çatdırılıb. Fiziki imkanları məhdud olan şəxslərin səsvermədə iştirakını təmin etmək üçün zəruri hallarda səsvermə günü panduslar quraşdırılacaq.
Müşahidəçilər qeyd edirlər ki, ölkədə vətəndaşların qarşıdakı seçkilər haqqında məlumatlandırılması üzrə fəal iş aparılır.
Bu məqsədlə həm kütləvi informasiya vasitələrindən, həm də seçiciləri 2013-cü il oktyabrın 9-da seçkilərə gəlməyə çağıran poliqrafiya məhsulları şəklində əyani təşviqatdan geniş istifadə edilir.
Qarşıdakı seçkilərdə gənclərin seçki prosesinə cəlb edilməsi üçün MSK-nın dəstəyi ilə "Mən səs verirəm” layihəsinin təqdimatı keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, builki seçkilərdə 500 minə yaxın gənc seçki hüququndan ilk dəfə istifadə edəcək.
Dairə və məntəqə seçki komissiyalarının ünvanları və telefonları, habelə seçki məntəqələrinin sərhədləri və səsvermə binalarının ünvanları yerli kütləvi informasiya vasitələrində dərc edilib.
Yerli icra orqanları və sərəncamverici orqanlar DSK ilə razılaşdırmaqla namizədlərin və onların müvəkkil etdiyi şəxslərin təşviqat kampaniyası dövründə kütləvi tədbirlər keçirə biləcəyi yerləri müəyyən etmişlər. Təşviqat işi, seçicilərlə görüşlər aparılması üçün yerlərin sayı artırılmışdır. Bu məqsədlər üçün açıq meydançalar, saraylar və mədəniyyət evləri müəyyən edilmişdir. Şəhərlərdə və digər yaşayış məntəqələrində prezidentliyə namizədlərin təşviqat məhsullarının yerləşdirilə biləcəyi informasiya stendləri düzəldilib.
Eyni zamanda, prezidentliyə namizədlərdən ikisi teledebatları qeyri-korrekt apardıqlarına görə Mərkəzi Seçki Komissiyası onlara ciddi xəbərdarlıq edib.
Birlikdən olan müşahidəçilər qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri kampaniyası Məcəlləyə uyğun və sakit şəraitdə keçir.
Missiya seçki kampaniyası monitorinqinə dair qəti qənaətini və monitorinqin nəticələrinin qiymətlərini seçkilər keçirildikdən sonra şərh edəcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi