27-09-2013 [15:13]
"Respublikanın müxtəlif bölgələrində xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 345 qanunsuz aptekin fəaliyyəti dayandırılıb”.
Bunu sosial şəbəkədə jurnalistlərin suallarını cavablandıran səhiyyə nazirinin müavini Elsever Ağayev bildirib.Nazir müavini deyib ki, lisenziyasız fəaliyyət göstərən 195 aptek müəssisəsinə qarşı cərimə tətbiq edilib: "Keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı və dövlət qeydiyyatı olmayan 100000 qutu, istifadə müddəti bitmiş 2500 qutu dərman preparatları müsadirə edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli tullantıların idarə olunması üzrə mərkəzində yandırılıb. Həmçinin apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satılmasına, eləcə də yetkinlik yaşına çatmayanlara dərman satışı qaydalarını pozduğuna görə 68 fakt aşkarlanıb. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satışına görə 13 fakt müəyyənləşdirilib”.
Səhiyyə nazirinin 02 oktyabr, 2006-cı il tarixli, 153 saylı əmri ilə təsdiq edilmiş "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələblər”ə cavab verməyən, lakin xüsusi razılıq əsasında fəaliyyət göstərən 50 aptek bağlanıb. 11 aptekin lisenziyası ləğv edilib.
"Hazırda mövcud problemlərdən ən əsası bazarda dövlət qeydiyyatı olmayan dərman vasitələrinin satışıdır” - deyə nazir müavini qeyd edib.
O bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Bu ayın birinci yarısında inspeksiya tərəfindən keçirilən yoxlamalar nəticəsində 6000 qutudan çox dövlət qeydiyyatı olmayan dərman vasitələri müsadirə edilib: "Ölkəyə idxal olunan dərman vasitələrinin içlik vərəqələrindəki məlumatların ana dilində olması ilə bağlı istehsalçı və idxalçı şirkətlərə Səhiyyə Nazirliyi tərəfindən sonuncu dəfə xəbərdarlıq edilib. Ötən ildən ölkəyə içlik vərəqələrindəki məlumatlar ana dilində olmayan dərman vasitələrinin idxalına icazə verilmir. Hazırda ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4500-ə yaxındır. Bu preparatların içlik vərəqələri ana dilinə tərcümə olunaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Lakin əczaçılıq bazarında aparılan araşdırmalar zamanı hələ də belə dərman vasitələrinə olmasına rast gəlinir. Bunun əsas səbəbi kimi isə həmin preparatlarının əvvəlki illərdə idxal olunması göstərilir. Bununla bağlı Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin İnspeksiyası tərəfindən müvafiq işlər aparılır, belə preparatlar aşkarlandığı təqdirdə müsadirə olunaraq satışdan çıxarılır, bu preparatları satan apteklərə qarşı qanunvericiliyə uyğun cəza tədbirləri görülür”.
E.Ağayev Səhiyyə və İqtisadi İnkişaf nazirliklərinin yeni dərmanların vahid qiymətə satılması ilə bağlı təkliflər paketi hazırladığını da söyləyib: "Təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Təkliflər hazırlanankən dünya təcrübəsinə istinad olunub, təkliflərdə dərmanların bütün apteklərdə vahid qiymətə satılması nəzərdə tutulur. Onların üzərində qiymətləri göstəriləcək. Bununla bağlı olaraq Türkiyə, Avrasiya və bir sıra başqa ölkələrin təcrübəsi öyrənilib, analiz olunub və yekun təkliflər hazırlanıb. Qiymətlər təsdiq olunacaq qaydalar əsasında Tarif Şurası tərəfindən araşdırılacaq”.
Nazir müavini bu ilin axırına kimi hər hansısa bir qərarın verililəcəyini gözləmir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi