Ali məktəblərə qəbul imtahanlarında dəyişiklik oldu

img

27-09-2013 [13:51]


Gələn ildən etibarən qəbul və rezidenturaya qəbul imtahanlarının keçirilmə tarixlərində dəyişikliklər edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında gələn il əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcəyini deyib.

"Aprel ayında ali məktəblərə qəbul olmaq istəyənlər üçün üçüncü sınaq imtahanı keçirilib. Bu sınaqdan sonra əvvəlki ilərin məzunları üçün qəbul imtahanları keçiriləcək. Onların balları apreldə məlum olacaq. Lakin əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunlarla birgə iştirak edəcəklər".

TQDK sədri beləliklə, imtahan prosesini yayda daha çevik keçirə biləcəklərini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA