Bakı metrosunda qız ölümdən döndü

img

27-09-2013 [09:39]


"28 May" metro stansiyasında gənc qız ölümdən son anda qurtulub. Belə ki, təxminən 19:00 radələrində, insanların nisbətən çox olduğu vaxtda sözügedən stansiyada vaqona minmək istəyən qız qapıların arasında qalıb. 

ANS PRESS-in Milli.az-a istinadla verdiyi xəbərə görə, buna vaqonda, eləcə də platformada insanların sayının kifayət qədər çox olması səbəb olub. Vaqona minmək istəyən xanım buna qismən müəssər olub. Onun bədəninin bir hissəsi vaqona tam keçsə də, digər hissəsinin içəri keçməsinə imkan verilməyib.

Vaqona daxil ola bilməyəcəyini anlayan gənc qız çıxmaq qərarına gəlib. Elə bu zaman qapılar bağlanıb və metro hərəkətə start verib. Qızın əlləri vaqonun içərisində, bədəninin digər hissəsi isə platformada qalıb. Yalnız sərnişinlərin səyi nəticəsində qızı xilas etmək mümkün olub. Hərəkət etmək istəyən qatar dayanıb, qapılar açılıb, şoka düşmüş xanım platformaya çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA