Nazirlər Kabineti: "Uçuşlar, gediş-gəliş tamamilə dayandırıla, sərhədlər tamamilə bağlana bilər"
28-03-2020 [22:27]
“Vətənə qayıtmaq hər bir azərbaycanlının təbii hüququdur, heç kəs onu məhdudlaşdıra bilməz və məhdudlaşdırmır. Amma texniki imkanlar, fövqəladə vəziyyətin, planlaşdırılmayan, gözlənilməz halda bizi yaxalamış situasiyanın yaratdığı məhdudiyyətlər var”.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, Azərbaycana qayıdan istər vətəndaşlarımız, istər başqa ölkələrin vətəndaşları olsun, onların karantinə alınması 10 milyon əhalinin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir: “O insanların karantinə alınmadan ünvanlara buraxılması 10 milyon vətəndaşın təhlükəsizliyinə təhdid yaradır. Amma karantin infrastrukturun da bir həcmi, həddi var. Adamlar gəldikcə, karantinə yerləşdikcə, bu karantin infrastrukturunun imkanları tükənir. Hətta getdikcə daha çox xəstəxana bu prosesə cəlb olunur, sahibkarlar öz otellərini dövlətə qeyd-şərtsiz təqdim edirlər. Hətta bəzi sahibkarlar otellərdə karantinə alınmış insanları ərzaqla təmin edirlər, bu ağır zamanda dövlətlə, xalqla həmrəylik nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, ölkəyə qayıdan insanların artması artıq getdikcə daha çox imkanlar tələb edir. Bu imkanlar da sərhədsiz, hüdudsuz deyil. Yəqin ki, Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, çox yaxşı olar ki, valideynlər, qohumlar xaricdə olan övladlarına, qohumlarına tövsiyə etsinlər ki, onlar olduqları yerlərdə qalsınlar: “Bu, həm də həmin insanların özlərinin şəxsi sağlamlığı baxımından daha təhlükəsizdir. Yəni olduqları yerdə evdə özlərini təcrid edirlər, şəhərə çıxmır, ictimai nəqliyyatda, aeroportda olmur və təyyarəyə minmirlər. Bütün bunlar onların təhlükəsizliyinə təhdiddir. Ona görə də həmin insanlar olduqları ölkələrdə evlərdə qalsalar, daha məsləhətdir. Digər tərəfdən, o insanlar Azərbaycana qayıtdıqda karantin infrastrukturunda yerləşdirmək olmur. Bunun qarşısını almaq üçün mütləq qohumlar və valideynlər tövsiyə etməlidirlər. Digər halda dövlət məcburdur ki, bunu məhdudlaşdırsın. Yəni çarter reysləri və təyyarə uçuşlarında qadağalar qoyulsun. Düzdür, bu qadağalar, məhdudiyyətlər qoyulub. Amma bu da müzakirə mövzusudur ki, uçuşlar tamamilə dayandırılsın, sərhədlər tamamilə bağlansın, gediş-gəliş tamamilə dayandırılsın. Bu da müzakirə edilən variantlardan biridir".
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi