Ali Məhkəmədə İlqar Məmmədovla bağlı proses təxirə salındı

img

26-09-2013 [17:05]


Sentyabrın 26-da Ali Məhkəmədə REAL hərəkatının lideri, məhbus İlqar Məmmədovun şikayəti üzrə proses keçirilməli idi. Amma Bakı Apelyasiya Məhkəməsinin qərarından şikayətə baxılması sentyabrın 27-nə təxirə salınıb.

"Media forum” saytına danışan vəkil Xalid Bağırov bildirib ki, buna səbəb İlqar Məmmədovun prosesə gətirilməməsi olub: "Məhkəmədən bildirdilər ki, İlqar Məmmədovun məhkəməyə gətirilməsinə dair vəsatət olmalıdır”.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan olunub. Sentyabrın 20-də Bakı Apelyasiya Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin etməyib, minimum 40 min imza baryerinin aşılmadığına dair qərarın doğru olduğuna rəy verib. Bu qərardan Ali Məhkəməyə şikayət olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA