ARDNŞ-in baş ofisində intihar

img

26-09-2013 [12:43]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şirkətin "Azneft” dairəsində yerləşən baş ofisində qeydə alınıb. ARDNŞ-in sosial inkişaf idarəsinin təsərrüfat işçisi Kamran Seyidov baş ofisin binasında təsərrüfat işləri ilə məşğul olarkən otaqlardan birinə daxil olaraq orada özünü asıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya faktı təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA