40 GÜNLÜK KÖRPƏYƏ AÇIQ MƏKTUB
24-03-2020 [16:14]
Rəşad MAHMUDOV
***
Əziz körpə balamız!
Bu gün adi gün deyil – bazar günüdür! Bu gün heç adi ay da deyil – Martdır, əziz Novruz bayramının ilk günüdür, torpağa yeni nəfəs, yeni can gələn bir gündür! Hansı ildi – onu yazmayacam! Fərq eləməz mənimçün, amma nə sən, nə də bütün dünya bu ili xatırlamaq, bu illə öyünmək istəməz. Çünkü hamı, bütün aləm məşum bir səssizlik içindədi; bəşər qorxu və kədərlə içinə qapılıb, hər səhərin açılmasını həyəcan dolu bir ümidlə gözləyir. Səninsə bundan xəbərin yoxdu, hələ dünya sənin üçün qaranlıq, həyat isə sonsuz və dərkolunmaz bir varlıqdır. Sənin sağlamlığın və gələcək həyatın da bizim həyəcan və gərginliklə dolu anlarımızın əlindədir: sən nə qədər köməksiz və məsumsan, balaca! Sən nə qədər zərif və ümidsizsən, balaca! Hələ 40 günün tamam olmamış bu gün atan, anan, qohum-əqrəban sənin gələcək taleyini düşünürdü, sevimli körpələrinin həyatını xilas etmək üçün o ümid dolu kədərli baxışlarını biz həkimlərə tuşlamışdı. Biz sənin ağır xəstəliyin barədə doğmalarınla danışırdıq, o körpə ürəyində olan çox mürəkkəb qüsurları müzakirə edirdik. Beyin damarlarının ətrafı da həddən artıq zədəliydi…Və…nəhayət, qərar verdik: əməliyyat olunmalısan! Təhlükəli və riskli bir qərar! Axı əməliyyatda və ya əməliyyatdan sonra reanimasiyada səni itirmək ehtimalı vardı! İnan, balaca, bu təhlükə sadəcə sənin doğulduğun ölkənin deyil, bütün dünyamızın başında dolanır. Amma əməliyyat olunmasan da, əfsuslar olsun, yaşamaq şansın heç...
Əziz balamız!
Bütün bu risklərə və ehtimallara baxmayaraq, valideyinlərinlə ortaq bir qərarımız oldu: sənin üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etmək! Nəticəsindən asılı olmadan bu dünyada və ya axirətdə sənə alnıaçıq cavab verə bilmək üçün əl sıxışdıq, həmrəy olub ortaq qərar ilə əməliyyata girdik. Ürəkdəki bütün problemlərinlə birlikdə beyinə gedən damarlarının (arkus aorta, isthmus) hipoplastik olan bütün hissələri rekonstruksiya olundu. Şükürlər olsun! Əməliyyat gözlədiyimizdən və planladığımızdan da uğurlu keçdi. İndi sən reanimasiyadasan. Səssiz-səmirsiz şirin bir yuxudasan, heç nədən xəbərin yox! Sənin məsum həyatın uğrunda mübarizəmiz hələ bitməyib. Bu ağır günlərdə səni sağ qalmaq və yaşamaq uğrunda uzunmüddətli mübarizə yolu gözləyir. Bu çətin yolda sənə uğurlar arzulayırıq. Yolun açıq, ömrün uzun olsun, balaca! Sağlam və təhlükəsiz böyü, körpə balamız!
Qoy sənə bir sir də açım: sənin kimi minlərlə uşaq əməliyyat etmişik. Adətən biz həkimlər çətin və təhlükəli əməliyyat aparandan sonra həyəcanla gözləyirik; gözləyirik ki, hər şey yaxşı sonluqla bitsin, daha sonra açıq məktub yazaq. Amma biz bu dəfə tələsdik. Bilirsən niyə? Düşünürük ki, sənin o balaca dünyan ilə yanaşı bizim böyük dünyamız bu gün sabahına olan inam sınağından keçir. İnan ki, biz də ilk dəfədir duyuruq bunu! Ailən olaraq, həkimlər olaraq, böyüklərimiz və dövlət olaraq, insanlıq olaraq dünyada olan bütün problem və təlaşlara baxmayaraq, sənin üçün və gələcəyə inam üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etməyə çalışırıq.
Əmin ol ki, qalib gəlsən, biz də qazanacaq və qalib olacağıq! Biz də gələcəyimizə, açılan hər səhərimizə olan inamı və ümidi qazanacağıq, balaca! Və əmin ol ki, əgər bu həyat və ölüm savaşından qalib çıxsan, səni çox gözəl bir dünya gözləyir, balaca! Hətta ata-ananın və bizlərin yaşadığı dünyadan da gözəl bir dünya səni qucağına alacaq! Sən hələ bilmirsən ki, bu gün Covid 19 adlı təhlükəli bir canlı bizimlə mübarizəyə başlayıb. Onun sayəsində biz öz aramızda olan kin, nifrət hisslərimizi unutmağa başladıq; biri birimizi daha çox sevməyə başladıq. Artıq öpüşüb, biri-birimizə sarıla bilməsək də, inan ki, sən yaşasan gələcəkdə daha çox və daha içdən sarılacağıq bir-birimizə, balaca! Səndən əvvəl dinlər, dillər, rənglər, okeanlar, dağlar, çaylar, bəzən məhəllələr belə ayırırdı bizi. İnan ki, sən yaşasan hamı səni daha çox sevəcək. Çünkü həyat bir daha insanlara tək bir Günəşə, tək bir Aya və ortaq Səmaya sahib olduğumuzu xatırlatdı. İnan ki, yaşasan əgər, hətta gələcəkdə dilini bilməsələr də, insanlar səni daha çox başa düşəcəklər, balaca!
Qalx ayağa, balaca, sənin qalib gəlməni istəyirik! Bilirsən niyə? Çünkü əməliyyatın o qədər uğurlu oldu ki, mən atana demək istəyirdim ki, daha bir igid əsgərimiz savaşa hazırdır! Amma yox, sənin savaşa getmənə ehtiyac olmaz yəqin, balaca! Sən böyüyəndə artıq ölkələr, insanlar biri biriylə savaşmaz, balaca!
Səndən bir istəyimiz də var, balaca! Böyüyəndə həkim ol! Bizim kimi yox, bizdən də yaxşı həkim ol! Sənin zamanında dünyamız, ölkəmiz, şəhərimiz daha möhtəşəm olacaq, daha əzəmətli olacaq, balaca! Sən də elə bir vətəndaş, elə bir həkim olmalısan ki, dünyamızda heç kim, heç bir şeydən, heç zaman bu günkü kimi qorxmasın!
İndi niyə yaşamalı olduğunu anladınmı, balaca? Çünkü, bu gün sənin ailən, sənin ölkən və sənin dünyan daha çox inanmaq, daha çox yaşamaq istəyir!..
Hörmətlə, Sənin həkimlərin".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi