"Artıq ölkə daxilində də virusun yayılma halları aşkarlanıb" - Operativ Qərargah vətəndaşlara müraciət etdi
23-03-2020 [16:53]
Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti dəfə açıqlama yayıb.
Qərargahdan Mia.az-a verilən məlumata görə, qlobal xarakter daşıyan koronovirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılmış, dövlətlərarası sərhədlər bağlanmış, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçiblər:
"Nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olmuşdur. Bir çox dövlətlərin hava və quru məkanını bağlaması uçuşlar üçün icazələrin alınmasını çətinləşdirmişdir.
Dünyanın əksər ölkələri, o cümlədən Qərbi Avropa dövlətlərinin təcrübəsində dövlət tərəfindən ezamiyyətə göndərilməyən, xəbərdarlığa baxmayaraq şəxsi əsasda səfər edən və digər ölkədə yaşamağa və ya təhsil almağa qərar verən vətəndaşların ölkəyə geri qayıtması fərdi məsuliyyət hesab olunur və şəxsi vəsait hesabına həyata keçirilir.
Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10 000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunmuşdur.
COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.
Bütün bu tədbirlərə baxmayaraq, hal-hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi vardır. Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanmışdır.
Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir.
Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır.
Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün “xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır.
Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır.
Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.
COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi