Vəkil Pərviz Həşimliyə işgəncə söhbətini təkzib etdi

img

25-09-2013 [18:56]


Vəkil Anar Qasımlı sentyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. 

"Media forum” saytına danışan vəkil deyib ki, Pərviz Həşimlinin saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "Pərviz bəy yaxşıdır. Onun işgəncələrə məruz qalması haqda mətbuatda məlumatlar yayılmışdı. Biz bəyan edirik ki, bu məlumatlar əsassızdır. Pərviz bəy yanlız həbs olunan zaman zorakılığa məruz qalıb, daha sonra heç bir zorakılıq faktı olmayıb.

Ona dövlət tərəfindən iki vəkil ayrılıb. Pərviz Həşimli həmin vəkillərlə ifadə verməkdən imtina edib, indiyə kimi istintaqa ifadə verməyib”.

Anar Qasımlı bildirib ki, o, Pərviz Həşimlinin hüquqlarını vəkil Elçin Sadıqovla birlikdə müdafiə edəcək

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA