"İşdən çıxarılma, ixtisar hallarına yol verilməməlidir" - İşçi Qrupundan xəbərdarlıq
22-03-2020 [20:52]
Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.
Mia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, S.Babayev qeyd olunan pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan, əhalinin infeksiyadan qorunmasına, habelə dünya iqtisadiyyatına ciddi zərbə vuran bu virusun milli iqtisadiyyata mənfi təsirlərinin azaldılmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb. O, bu tədbirlərin əsas prioritetlərindən birinin pandemiyanın milli iqtisadiyyata ehtimal edilən mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli olduğunu vurğulayıb.
İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planının layihəsi müzakirə olunub. Eyni zamanda, işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə bildirişin çatdırılması qərara alınıb.
Bildirişdə deyilir:
“Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir. Dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə 1 (bir) milyard manat vəsait ayrılıb, habelə müvafiq Fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Sərəncamla pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi və s. nəzərdə tutulub.
Göründüyü kimi, milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla, öz dəstəyini təmin edir. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırki şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər.
İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək”.
Bildiriş artıq Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində işəgötürənlərin nəzərinə çatdırılır.
Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Dövlət Miqrasiya Xidmətinin rəisi, İqtisadiyyat nazirinin müavini, Maliyyə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Mərkəzi Bankın sədrinin müavini, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi