Teledərslərin martın 24-nə olan proqramı açıqlandı - CƏDVƏL

img

21-03-2020 [13:05]


Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan və Novruz bayramı ilə əlaqədar fasilə verilən “Dərs vaxtı” proqramı martın 24-də yenidən efirə çıxacaq.  

Nazirlikdən Mia.az-a verilən məlumata görə, şagirdlər dərs cədvəlinə diqqət etməli, dərsi “Dərs vaxtı”nda öyrənməlidirlər:

Azərbaycan bölməsi üzrə:

10:00-da Fiziki tərbiyə

10:20-də XI sinif - Kimya, Azərbaycan tarixi, Fizika, Coğrafiya

11:05-də IX sinif - Coğrafiya, Fizika, İngilis dili, Azərbaycan tarixi

11:50-də VIII sinif - Azərbaycan dili, Riyaziyyat, Kimya, Biologiya

12:30-da VII sinif - Azərbaycan tarixi, Riyaziyyat, Coğrafiya, Xarici dil

13:05-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət

13:40-da I sinif - Azərbaycan dili, Riyaziyyat, , İngilis dili

Rus bölməsi üzrə

14:30-da X sinif - Riyaziyyat, Kimya, Coğrafiya

15:10-da XI sinif 15:00-da - Rus dili, Fizika, Biologiya dərslərini izləyə bilərlər.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək. Martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA