25-09-2013 [16:05]
"Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları və QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə bu gün Beynəlxalq Mətbuat Mərkəzində prezident seçkiləri ilə əlaqədar həyata keçirdikləri layihənin birinci mərhələsinin yekunlarına dair mətbuat konfransı keçirib.
S.Verdizadə bildirib ki, Jurnalist-QHT Koalisiyası namizədlərin irəli sürülməsi, namizədlərin imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı prosesinin monitorinqini aparıb. Onun sözlərinə görə, monitorinq zamanı bütün açıq mənbələrdən məlumatlar toplanıb və analiz edilib. Seçiçilərin təşəbbüs qrupları və namizəd irəli sürmüş siyası partiya və siyası partiya blokları, namizədlərin seçki qərargahlarının nümayəndələri ilə görüşlər keçirilib. Şəmkir, Tovuz, Şəki və Lənkəran şəhərlərində seçicilərlərlə görüşlər keçirilib. Bu görüşlərdə 1000 nəfərdən artıq vətəndaş iştirak edib.
Jurnalist-QHT Koalisiyasının rəhbəri deyib ki, monitorinq prosesi zamanı siyasi partiyalar və medianın sərbəst fəaliyyəti üçün hər hansı məhdudlaşdırıcı faktorlar, müdaxilə və təzyiqlər qeydə alınmayıb: "Siyasi partiyaların, medianın və vətəndaş cəmiyyəti institutlarının 9 oktyabr prezident seçkilərinə fəal hazırlaşdıqları müşahidə olunur. Ümumiyyətlə, cəmiyyət səviyyəsində 9 oktyabr seçkiləri ilə bağlı canlanma və fəallıq diqqəti çəkir. Bölgələrə monitorinq səfərləri, seçicilərlə görüşlər vətəndaşların seçkiyə hazırlıq prosesini diqqətlə izlədikləri və məlumatlı olduqlarını göstərib. Əvvəllki illərlə müqayisədə seçicilərin seçki prosedurları, seçkilərdə müşahidəçilik, səsvermə prosedurları, imzatoplama kampaniyası ilə bağlı daha məlumatlı olduqları diqqət çəkir”.
S.Verdizadə vurğulayıb ki, monitorinq zamanı KİV-in, jurnalistlərin sərbəst fəaliyyətinə, prezident seçkiləri ilə bağlı proseslərin işıqlandırılması, informasiyaya çıxış imkanları ilə bağlı hansısa məhdudulaşdırıcı, yaxud söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə biləcək kənar müdaxilələr qeydə alınmayıb.
”Prezident seçkiləri ilə bağlı internet medianın xüsusi fəallığı nəzərə çarpır. Seçicilərlə görüşlər zamanı onların, xüsusən iri şəhərlərdə informasiya mənbəyi kimi daha çox internet media və sosial şəbəkələrə üstünlük verdikləri məlum olub. Çap mediası da ənənəvi olaraq prezident seçkiləri ilə bağlı xəbərləri diqqətdə saxlamaqda davam edir. Tənqidçi mövqeyi ilə seçilən internet media və qəzetlərin seçkilərlə bağlı informasiya əldə etmək, sərbəst yaymaq və polemika və müzakirələr təşkil etməklə bağlı fəaliyyətlərinə hər hansı məhdudlaşdırıcı addım kimi qiymətləndirilə biləcək faktlar qeydə alınmayıb”.
Mətbuat konfransında qeyd olunub ki, seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparıb. "Adınızı seçici siyahısında yoxlayın”, "Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın”, "Mərkəzi Seçki Komissiyasının qaynar xətti - 115”, "Seçici siyahıları internetdə”, eləcə də seçkilərə çağırış mövzulu ümumilikdə 34 adda yüz minlərlə çağırış plakatı hazırlanaraq respublikanın bütün bölgələrində əhalinin xüsusilə sıx olduğu yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) nümayiş etdirilir.
Sonda S.Verdizadə bildirib ki, monitorinqin ilkin mərhələsinin nəticələri göstərir ki, 9 oktyabr prezident seçkilərinin azad, ədalətli və dünyada qəbul olunmuş demokratik standartalara uyğun keçməsi üçün bütün zəruri hazırlıqlar görülüb, seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərə vətəndaş nəzarətinin yüksək səviyyədə olması üçün zəruri addımlar atılıb. Eyni zamanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsindəki vəziyyət fikir plüralizmi, açıq debatlar, müzakirələr, polemikalar üçün geniş imkanlar açır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi