Generalın oğluna yeni vəzifə verildi - DİN-də daha bir dəyişiklik

img

18-03-2020 [16:10]


Daxili İşlər Nazirliyində növbəti təyinat olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, mayor Tural Əliyev DİN-in Baş Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib.

O, bundan əvvəl Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, Tural Əliyev DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyevin oğludur/Oxu.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA