Emin Ağalarovdan təkzib gəldi

img

25-09-2013 [13:08]


Məşhur müğənni və iş adamı Emin Ağalarovun qızıl "Lamborghini” alması ilə bağlı xəbər təkzib olundu. "Qafqazinfo”nun 1news.az-a istinadən verdiyi məlumata görə, Emin Ağalarovun mətbuat xidmətindən bildirilib ki, "İnstagram”dakı @eminagalarov səhifəsi müğənniyə məxsus deyil.

"Emin Ağalarovun qızıl "Lamborghini” alması haqda xəbər yalandır. KİV-də və sosial şəbəkələrdə Emin Ağalarovun fəaliyyəti ilə bağlı mötəbər olmayan və yalan xəbərlərin yer almaması üçün xahiş edirik ki, rəsmi mənbələrə, xüsusilə, onun musiqi həyatına həsr olunmuş rəsmi saytına, həmçinin iş həyatına həsr olunmuş "Krokus Qrup”un rəsmi saytına istinad edəsiniz”.

Qeyd edək ki, Emin Ağalarov özü də məlum hadisə ilə bağlı "İnsatagram”dakı "@eminofficial” səhifəsində fikrini bildirib: "Xahiş edirəm, bunu bilin ki, ”@eminagalarov” mənim hesabım deyil. Yalandan məlumat yayıblar ki, belə dəhşət rəngli, çox gözəl maşın almışam. Bu, doğru deyil!”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA