"Bütün hallarda qaydalar sərtləşdiriləcək" - Fazil Mustafa

img

16-03-2020 [14:27]


Milli Məclisdə Bakıya giriş-çıxışı məhdudlaşdıran qanunun qəbul ediləcəyi barədə məlumat yayılıb.

Bu barədə millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, hələlik bu barədə dəqiq məlumat yoxdur:

“Qərarın qəbul olunması ehtimalı var. Bütün hallarda qaydalar sərtləşdiriləcək. Bu gün müvafiq komitələrdə məsələ ilə bağlı müzakirələr aparılır.

Məsələ Milli Məclisin plenar iclasında müzakirə olunacaq. Müzakirə olunduqdan sonra dəqiq qərar veriləcək. Vətəndaşların vəziyyəti nəzərə alınacaq. Burada həyati riskdən söhbət gedir. Ona görə də bu  məsələdə ən ciddi addımların atılması vacibdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA