Azərbaycana gələn 2 183 nəfər müayinədən keçirilib
15-03-2020 [17:31]
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Astara və Biləsuvar rayonlarının ərazisində İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqələri ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini davam etdirir.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, FHN-in peşəkar tibbi briqadası tərəfindən həmin qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 2 183 nəfər (670 nəfər Azərbaycan Respublikası, 336 nəfər Rusiya Federasiyası, 1 168 nəfər İran İslam Respublikası, 3 nəfər Gürcüstan, 3 nəfər Belarus Respublikası və hər birindən 1 nəfər olmaqla Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Almaniya Federativ Respublikası vətəndaşları) müayinədən keçirilib:
"Bunlardan Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 1 182, Biləsuvar məntəqəsi üzrə 1 001 nəfər müayinədən keçirilib. Müayinədən keçənlərdən cəmi 27 nəfərdə, o cümlədən Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 18, Biləsuvar qəbul-çeşidləmə məntəqəsi üzrə 9 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib.
Hazırda Biləsuvar qəbul-çeşidləmə məntəqəsində heç bir şübhəli göstərici aşkarlanmamış 73 nəfər karantin şəraitində müvəqqəti saxlanılır ki, onların da vəziyyətlərində hansısa mənfi tendensiya müşahidə edilmir. Həmçinin, Astara rayonu üzrə 22 nəfər, Biləsuvar rayonu üzrə 15 nəfər olmaqla cəmi 37 nəfər öz istəklərinə uyğun olaraq xüsusi ayrılmış yerli xəstəxanada karantin şəraitində müvəqqəti qalır.
Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub.
Qəbul-çeşidləmə məntəqələrində müvəqqəti qalan insanlar burada yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirirlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi