Rövnəq Abdullayev bir kitabın çapına 3 milyon ayırıb

img

25-09-2013 [10:48]


Ədliyyə Nazirliyi bu ilin 6 ayında ayrılan qrantların statistikasını açıqlayıb. Statistik məlumatlardan belə aydın olur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin 6 ayında "Partnyor” elmin inkişafına dəstək ictimai birliyinə 4107 858 (dörd milyon yüz yeddi min səkkiz yüz əlli səkkiz) manat qrant ayırıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Partnyor” elmin inkişafına dəstək ictimai birliyi arasında 04 fevral 2013-cü il tarixldə qeydə alınan müqavilə ilə "Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA