Gülər Əhmədovanın işi məhkəməyə verildi

img

25-09-2013 [10:47]



Həbsdə olan sabiq deputat Gülər Əhmədova barəsində açılmış cinayət işinin materialları məhkəməyə göndərilib.

Mia.az  AzNews.az-a istinadən xəbər verir ki, məlumat cinayət işinin baxılacağı Ağır Cinayətlər Məhkəməsindən daxil olub.

 Məlumatda bildirilir ki, cinayət işinin materialları Ağır Cinayətlər Məhkəməsinə daxil olsa da, hələ hakimlər müəyyənləşməyib: "Yaxın günlərdə G.Əhmədovanın işinə baxacaq hakim müəyyənləşəcək və işlə tanış olduqdan sonra məhkəmənin tarixi açıqlanacaq. G.Əhmədovanın məhkəməsinin hazırlıq iclasının keçiriləcəyi tarix bu ayın sonuna qədər açıqlanacaq". 

Qeyd edək ki, G.Əhmədova barəsində açılmış cinayət işinin ibtidai istintaqı ötən ayın sonunda yekunlaşmış və cinayət materialları tanışlıq üçün müdafiə tərəfinə verilmişdi. Müdafiə tərəfi artıq işlə tanış olduğu üçün cinayət materialları məhkəməyə göndərilib.

Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videolardan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Bu il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA