"Holcim Azərbaycan"ın rəhbər şəxsləri təhdid və hücuma məruz qalıb: "Bəzi kriminal qüvvələr..." - Şirkətdən şok bəyanat
13-03-2020 [18:05]
""LafargeHolcim" dünyanın 80 ölkəsində 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən, sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir. Fəaliyyət göstərdiyi bütün ölkələrdə dürüst hərəkət etmək, düzgün davranışlar nümayiş etdirmək, sağlam rəqabət aparmaq, öz vəzifələrini düzgün yerinə yetirmək və cəmiyyətin sağlam inkişafını dəstəkləmək LafargeHolcim-in əsas prinsiplərindəndir".
Bu sözlər" Holcim Azərbaycan" ASC-dən Mia.az-a daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, "LafargeHolcim"in tərkibinə daxil olan "Holcim Azərbaycan" ASC-də öz fəaliyyətində dürüstlüyü, şəffaflığı rəhbər tutaraq bu dəyərlərin hər zaman diqqət mərkəzində olduğu mühiti yaratmağa çalışır:
"Biz öz fəaliyyətimizi Azərbaycan Respublikasının qanunvericiliyinə, LafargeHolcim şirkətinin Davranış kodekslərinə və siyasətlərinə uyğun həyata keçiririk, biznes mühitində sağlam düşüncənin, əsaslı mühakimənin və fikirlər mübadiləsinin inkişafını dəstəkləyirik, qeyri-qanuni və qeyri-şəffaf münasibətlərə və hərəkətlərə qarşı ciddi həssaslıq və reaksiya nümayiş etdiririk.
Müşahidə edilmişdir ki, şirkətimizin şəffaf fəaliyyəti bəzi kriminal qüvvələrin maraqları ilə toqquşur, onları narahat edir və bunun qarşılığında onlar qeyri-qanuni hərəkətlərə təşəbbüs edirlər. Bunun nəticəsi olaraq son vaxtlar Holcim Azərbaycan ASC-nin rəhbər şəxslərinə psixoloji təzyiq göstərmək məqsədilə hədələyici mesajlar göndərilmiş, şirkətimizin rəhbər vəzifələrindən birində işləyən xarici vətəndaşa qarşı təhdidlər edilmiş və ona fiziki xəsarət yetirməyə cəhd edilmişdir. Hadisə ilə bağlı tərəfimizdən dərhal hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur və müvafiq araşdırmalara başlanılmışdır. Xarici investisiyanın maraqlarını nəzərə alaraq hadisə ilə bağlı aidiyyəti diplomatik nümayəndəliklərə də məlumat verilmişdir.
Bu cür hərəkətlərə cəhd edən və şirkətimizin şəffaf fəaliyyətinə maneələr törətməyə çalışan şəxslər anlamalıdırlar ki, Holcim Azərbaycan ASC öz işçilərini, dəyərlərini və prinsiplərini qorumağa qadirdir və bu təzyiqlər şirkəti öz yanaşmalarından daşındıra bilməyəcək. Eyni zamanda, onlar anlamalıdırlar ki, Azərbaycan Dövləti hər zaman xarici sərmayəçilərin ölkədə etibarlı biznes şərtləri daxilində fəaliyyət göstərməsinə hər tərəfli şərait yaratmışdır və bu cür neqativ hallar ölkədəki biznes mühitinə heç vaxt xələl gətirə bilməyəcəkdir.
Şirkət rəhbərliyi əminliklə bildirmək istəyir ki, yaxın zamanlarda çirkin əməlləri törədən təqsirkar şəxlər hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək öz layiqli cəzalarını alacaqlar".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi