Ümumdünya Səhiyyə Təşkilatı: "Hazırda Çində yoluxma faizi azalır" 

img

13-03-2020 [17:45]


"Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.

Onun sözlərinə görə, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: "Əsas odur ki, virusdan qorunmaq üçün lazımi qabaqlayıcı addımlar vaxtında atılsın".

Xarici mütəxəssis bildirib ki, virusu xüsusi laboratoriyalarda nəzərdə tutulan testlərə yoxlamaq mütləqdir: "Ekspres testlərin hazırlanması istiqamətində işlər gedir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA