“Azəriqaz”ın adı ilə mənzillərə gedən dələduzlar peyda olub - FOTO
13-03-2020 [16:28]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi əhalini diqqətli olmağa çağırıb.
Bu barədə “Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, üzərində “SOCAR” sözü yazılmış xüsusi geyim formasında olan şəxs mənzilləri gəzərək qaz sayğaclarında sızmanın olmasını, sayğacın qüsurla işləməsini və s. səbəblər irəli sürməklə sayğacın dəyişdirilməsi adı ilə abonentlərdən pul yığır:
"“Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və B.Nuriyev küçəsində yaşayan bir neçə nəfər zəng edərək bu şəxsin onlardan müxtəlif məbləğlərdə - 15, 30 və 50 manat aldıqlarını deyiblər. Məlumat verən vətəndaşlar həmin şəxsin orta boylu, dolu, gözlərinin çəp olduğunu, özünü “Azəriqaz” İB-nin əməkdaşı İlkin Əsgərov kimi təqdim etdiyini bildiriblər. O, əlindəki kitabçaya vətəndaşlardan aldığı pulun məbləği barədə qeydlər aparıb. Bu gün isə həmin dələduz Səbail rayonu ərazisində görünüb. “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi haqqında danışan dələduzun fotosunu əldə edə bilib.
Məlum olub ki, fotoda görünən şəxs bir müddət əvvəl Gəncə şəhəri ərazisində də eyni əməlləri törədib. Gəncə Regional Qaz İstismarı İdarəsi onu yaxalayaraq polisə təqdim edib. Lakin o, bir qədər sonra yenə eyni əməlləri törətməyə başlayıb. Vətəndaşlara təqdim etdiyi mobil nömrələr isə dələduzluq etdiyi ərazidəki bərbərxana, ayaqqabı təmirxanaları, dərzi sexləri və digər yerlərin üzərində yazılan nömrələr olub. “Azəriqaz” İB abonentlərə müraciət edərək belə şəxslərə inanmamağı tövsiyə edir. Bir daha bəyan edirik ki, hər hansı xidmətə görə hətta Birliyin əməkdaşlarının da mənzildə abonentdən vəsait tələb etməsi qanunsuzdur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi