Hökumət qeyri-iş günləri ilə bağlı qərar verdi - Martda neçə gün iş olmayacaq?

img

12-03-2020 [18:24]


İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il 20-28 mart tarixlərində iş olmayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA