Erməni ordusu Naxçıvandakı mövqelərimizi atəşə tutub - MN-dən açıqlama

img

12-03-2020 [16:51]


Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb: "Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA