Dörd ölkədən gələnlərin Gürcüstana girişi sərtləşdirildi

img

12-03-2020 [10:41]


Gürcüstan Almaniya, Fransa, Avstriya və İspaniyadan gələn şəxslərin ölkəyə daxil olmasını sərtləşdirib”.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Hökumət başçısı deyib ki, həmin ölkələrdən qayıdan bütün Gürcüstan vətəndaşları 14 günlük karantində saxlanılacaq, əcnəbi vətəndaşlar isə koronavirusla bağlı testin cavabı ilə bağlı arayış təqdim etməli və yaxud 14 günlük karantində qalmalı olacaqlar.

G.Qaxaria qeyd edib ki, Çin, Cənubi Koreya və İtaliyadan Gürcüstana gələn şəxslər üçün məhdudiyyətlər artıq qüvvədədir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA