24-09-2013 [20:20]
Bu barədə Trend-ə Mahmud Mehdiyevin özü məlumat verib. M.Mehdiyev bildirib ki, Nəsimi rayon məhkəməsinin 4 iyul 2013-cü il tarixli məlum qətnaməsi ilə bağlı G.Hacıbəylinin ictimaiyyətə yanlış məlumat verməsindən sonra o, kütləvi informasiyalar vasitələrində bəyanat verərək sabiq millət vəkilini məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşmasını və ictimaiyyət arasında onun şəxsiyyətinə xələl gətirə biləcək çıxışlarına son qoymasını tələb etmişdi: "Lakin Gültəkin Həcıbəyli bunları nəzərə almayıb, baş verən prosesləri ictimaiyyətə şəxsi mənafeyinə sərf edən tərzdə çatdıraraq özündən "əzabkeş qadın və ana" obrazı yaradıb, KİV-lərdə mənə və ailə üzvlərimə qarşı böhtan xarakterli məlumatlar yaymağa davam edib.
Belə ki, Gültəkin Hacıbəyli "Azadlıq radiosu"na verdiyi müsahibəsində barəmdə böhtan xarakterli məlumatlar yayıb, habelə, bacım Aynur Mehdiyeva heç vaxt polis orqanları tərəfindən saxlanılmadığı, hər hansı istintaq orqanı tərəfindən şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyi halda Gültəkin Hacıbəyli Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatı qəsdən təhrif edərək, bacım haqqında yalan və böhtan xarakterli məlumatlar yayıb".
M.Mehdiyev daha sonra deyib: "Gültəkin Hacıbəylinin yalan olduğunu bilə-bilə heç bir hüquqi əsas olmadan bizim şərəf və ləyaqətimizi ləkələyən, nüfüzdan salan, ağır cinayətdə ittiham etməklə böhtan atması nəticəsində əsassız sorğu-sual olunuruq, qohumlar-tanışlar və kollektiv arasında isə nüfuzdan düşürük və təbii ki, sadə bir vətəndaş kimi hansı mənəvi sarsıntılar keçirdiyimizi təsəvvür etmək heç də çətin deyil.
Gültəkin Hacıbəyli qanunun tələblərinə əhəmiyyət verməyərək kütləvi şəkildə yaydığı məlumatları əsaslandırmayıb, bununla da cinayət əməli törədib. Odur ki, Gültəkin Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatları KİV-lərdə yayma) maddəsi ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasından ötrü qərar qəbul olunması üçün xüsusi ittiham qaydasında bacım və mən ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət etmişik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi