"YEYİNTİLƏR İNDİKİ NAZİRİN DÖVRÜNDƏ OLUB" - Sabiq nazirin təmsilçisindən ittihamlara gözlənilməz cavab
10-03-2020 [18:47]
“Məhkəmə iclaslarında baş mühasibin keçmiş Ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirməməklə yanaşı, diqqəti yayındırmaq, ittiham aktında təqdim olunan faktlar ətrafında spekuliyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil”.
Mia.az “Report”a istinadla xəbər verir ki, bunu sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun təmsilçisi Anar Rzаyev bildirib.
O xatırladıb ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Təqsirləndirilən şəxslərdən biri Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə Departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib.
“Məhkəmədə verilən açıqlamalarda ən bəsit ziddiyətlər açıq-aydın görünür. 2018-ci ilin oktyabr-noyabr aylarında həyata keçirdikləri “əməliyyatları” H.Bağırovun adı ilə əlaqələndirmək ən sadə məntiqlə də gülünc görünür. Külli miqdarda mənimsəmə və israfetmə, o cümlədən də vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı cinayətlərində ittiham edilən şəxslər H.Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabr ayınadək, xüsusilə də həmin ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər.
Birmənalı şəkildə bildiririk ki, məhkəmədə səsləndirilənlər həqiqəti əks etdirmir və deyilənləri qətiyyətlə rədd edirik. Görünür, təqsirləndirilənlər və onları təmsil edən şəxslər inanırlar ki, ağlasığmaz iftiralardan, cəfəngiyyatlardan ibarət bəyanatlar məsuliyyətdən yayınmaqda onlara kömək edəcək”, - açıqlamada deyilir.
Qeyd edək ki, sözügedən məhkəmə prosesində təqsirləndirilən İlqar Hacıyev H.Bağırov barəsində itihamlar səsləndirib.
Həmin proseslə bu linkdən tanış ola bilərsiniz:
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi