Rəsul Quliyevin mitinq günü gizli telefon danışığının stenoqamı yayıldı

img

24-09-2013 [17:12]



Rusiya saytlarnın birində eks-spiker Rəsul Quliyevin Sülhəddin Əkbərlə telefon danışığının stenoqramı açıqlanıb. Aidioyazı ACP lideri Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin arasında, müxalifətin 22 sentyabr mitinqində baş tutan telefon danışıığını əks etdirir. Səsindən içkili olduğu açıq-aydın bilinən Quliyev müxalifət liderlərinin ünvanına aşağılayıcı, təhqiramiz ifadələr işlədir, Sülhəddin Əkbər isə sözlərini ölçüb-biçərək danışmağa çalışır. 

Bu auidoyazı Rəsul Quliyevin Milli Şuraya, onun prezidentliyə namizədi Cəmil Həsənliyə gerçək münasibətini ortaya qoyur.

Telefon danışığının stenoqramını və audioyazısını təqdim edirik:

R.Q: Salam Sülhəddin.

S.A: Salam, salam, necəsiz?

R.Q: Yaxşıyam. Ə, siz orada nə multfilmdi düzəltmisiz? Ayıb-ayıb. Sən öl, kefsiz e. Sən elə yaxşı eləmisən gedib çıxmamısan tribunaya.

S.Ə: Hə.

R.Q: Sənin bu addımın alqışlanır.

S.Ə: Hə.

R.Q: Mirmahmud hanı?

S.Ə: Görmürəm. Mən arxada durmuşam. Bəlkə də oralarda dayanıb, amma görməmişəm.

R.Q: Yox e. Yəni tribunada görmədim.

S.Ə: Görməmişəm.

R.Q: Eldar gedib tula kimi tullanıb durub orda.

S.Ə: Hmm.

R.Q: İsgəndəri ora nəyə çıxardıblar? Əli ilə İsa nətəri adamdır, başa düşə bilmirəm. Cəmil müəllim bədbaxt İsgəndərin çıxışı ilə prezident olmaq istəyir?!

S.Ə: Hmm.

R.Q: Balaca stadionun 50 faizini doldura bilməmisiz.

S.Ə: Hmm.

R.Q: Yaxşı ki, sən özünü təşkilatçılıqdan qırağa çəkə bilibsən.

S.Ə: Hmm.

R.Q: Nəsə. Yaxşı, davay.

S.Ə: Oldu. Sağ olun.

Əlavə şərhə gərək yoxdur. Səs yazısını da aşağıdakı linkdən özünüz dinləyib, nəticə çıxarın. /Medianews/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA