Portuqaliya Prezidenti koronavirusa yoluxub?

img

09-03-2020 [00:53]


Portuqaliya Prezidenti Marselu Rebelu di Soza karantinə alınıb.

Bu barədə prezidentin rəsmi saytında yazılıb.

Məlumata görə, Di Soza koronavirusdan əziyyət çəkmir və bu qərarı ehtiyat tədbiri kimi qəbul edib.

“Prezidentdə xəstəliyin simptomları aşkarlanmasa da, onun yaxın 2 həftə ərzində bütün ictimai tədbirləri təxirə salınıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu həftə Portuqaliyanın Prezident sarayını ziyarət edən məktəblilərdə daha sonra koronavirus tapılmışdı.

Ölkədə “Covid-19”-a yoluxanların sayı 25-dir/Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA