Azərbaycanda saatlar geri çəkiləcək

img

24-09-2013 [14:02]


"Oktyabrın 27-də, saat 5:00-da saatın əqrəbləri bir saat geri çəkilməklə, ölkə ərazisində qış vaxtına keçiləcək”. Bunu Lent.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

A. Əlinin sözlərinə görə, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar həmin gün ölkədə qeyri-iş günü olacaq. "Qurban bayramı ilə əlaqədar oktyabrın 15-i və 16-sı da qeyri-iş günləri olacaq”-deyə, mətbuat xidmətinin rəhbəri əlavə edib.

Qeyd edək ki, 17 mart 1997-ci il Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA