18 ay əvvəl qatarla avtobus toqquşdu: 21 yaşlı Novruz Salmanov 50 min manata görə canı ilə əlləşir - Ailəsi Prezidentə üz tutdu + VİDEO
07-03-2020 [19:23]
2018-ci ilin 1 oktyabrında Binədə qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan Novruz Salmanovun ailəsi ölkə rəhbərliyinə müraciət edib.
Mia.az-a ailəsi tərəfindən verilən məlumata görə, o vaxtdan 21 yaşlı müalicəsi davam edir. Lakin hazırda ailənin maddi imkanları tam tükəndiyindən Novruz Salmanovun müalicə etdirə bilmirlər:
"Diqqətinizə çatdırırıq ki, 21 yaşlı Salmanov Novruz Arzuman oğlu 01.10.2018-ci il tarixində Binə qəsəbəsində avtobus ilə qatarın toqquşması nəticəsində ağır kəllə beyin xəsarətləri alıb.
Bir neçə dəfə ölkəmizdə və Türkiyədə əməliyyat edilməklə onun səhhətində ciddi irəliləyişlər baş verib. Ancaq bir müddət sonra Novruzun özəl xəstəxanada aparılan spesifik müalicəsi yarımçıq qalaraq (buna səbəb- dövlət büdcəsindən Novruzun əməliyyatına ayrılan maliyyə vəsaitlərinin kvotasının bitməsi olmuşdur), onu M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə köçürüblər. Bununla da özəl xəstəxanada Novruza göstərilən gərəkli prosedurlar yarımçıq qaldı.
Hal-hazırda Novruz aldığı travmalar ucbatından tam danışa və bədənini hərəkət etdirə bilmir. Sadəcə cüzi reaksiyalar verir. Lakin həkimlər vəd edir ki, yarımçıq qalan müalicə yenidən davam etdirilərsə, Novruz həm danışa,həm də əvvəlki kimi hərəkət edə biləcək. Bu əməliyyat (Türkiyədə) üçün isə 50.000 manata ehtiyac var.
Novruzun ailəsi olaraq Sizdən rica edirik ki, bir gəncin sağlamlığını bərpa edərək yenidən həyata dönməsi üçün ona əlinizdən gələn hər cür maddi dəstəyi göstərəsiniz. Əlaqə nömrəsi: 070-633-03-76".
Xatırladaq ki, 2018-ci il oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb, azı 42 nəfər yaralanıb. Ölənlərdən biri 12-13 yaşlarında məktəbli olub.
Baş Prokurorluq bildirmişdi ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi üzrə cinayət işi başlanıb.
Avtobus sürücüsü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bildirib ki, istintaqda hadisə baş verən gün sürücünün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edilib və marşrut xəttinin aid olduğu "Ayşən LTD" MMC-nin dispetçeri barəsində də həbs qətimkan tədbiri seçilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi